Fevralın 1-də "Synergy Group" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə qrupdan məlumat verilib.
“Synergy Group” təşkilati-hüquqi formasını dəyişərək ASC-dən MMC-yə çevrilməyi planlaşdırır. Bununla əlaqədar olaraq səhmdarlar bir sıra məsələləri həll etməlidirlər”, - deyə məlumatda bildirilir.
2010-cu ildə təsis edilmiş "Synergy Group" ASC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir. "Synergy Group" ASC yüksək inkişaf potensialına malik strateji sənaye sahələrinə sərmayə qoyur və həmin sahələrin müasir beynəlxalq tələblərə uyğun inkişafına çalışır. "Synergy Group“ 24 müxtəlif inkişafyönümlü şirkətdən ibarətdir. Hazırda qrupun nizamnamə kapitalı 15 mln. manat təşkil edir, lakin 5 il ərzində 50 mln. manata çatdırılacaq.
“Synergy Group”un çoxsektorlu investisiya portfeli inşaat və tikinti materiallarının istehsalı, turizm, İKT, sənaye və kənd təsərrüfatı sahələrinə iri yatırımlardan ibarətdir.
“Synergy Group”a daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda fəaliyyət göstərir.
“Synergy Group” ASC-nin investisiya strategiyası yatırımların yüksək
rentabelliyini təmin etməklə uzunmüddətli inkişafın əldə olunmasına əsaslanır.
A. Əzizov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət