Dövlət Gömrük Komitəsi (DGK) İstintaq İdarəsi tərəfindən 2015-ci ildə gömrük hüquqpozmaları faktları üzrə 266 cinayət işi başlanıb. Bu barədə komitənin saytında məlumat verilir.
DGK-nın məlumatına görə, hesabat ilində 228 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib, bu şəxslərdən 185 nəfəri barəsində məhkəmə tərəfindən həbs, 4 nəfəri barəsində ev dustaqlığı, qalanları haqqında isə istintaq orqanı tərəfindən digər qətimkan tədbirləri seçilib.
İstintaqı tamamlanan cinayət işləri üzrə məsuliyyətə cəlb edilmiş şəxslərdən 22-si İran, 4-ü Rusiya, 1-i Türkiyə, 1-i Kanada, 1-i Kamerun, 199-u isə Azərbaycan vətəndaşı olub. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 27 nəfəri qadındır və onlardan 26-sı Azərbaycan vətəndaşıdır.
Başlanan cinayət işlərinin bir hissəsi narkotik vasitələrin keçirilməsi cəhdi ilə əlaqədar olub.
Ümumilikdə, 2015-ci ildə başlanmış cinayət işləri üzrə 85,827 min manatlıq spirtli içki, 80,952 min manatlıq tütün məmulatı, 61,407 min manatlıq 409 ədəd mobil telefon, 484,301 min manat dəyərində müxtəlif valyuta, 6624 manatlıq adi içkilər, 27,519 min manatlıq dərman preparatları, 312,2 min manatlıq 13 ədəd nəqliyyat vasitəsi, 124,855min manatlıq pirotexniki vasitələr, 90,174 min manatlıq qızıl məmulatı, 26,104 min manatlıq 27,955 kiloqram balıq kürüsü, 43,5 kq barıt, 50 ədəd patron, 1 ədəd qaz balonu və 12 ədəd bıçaq aşkar edilərək götürülüb.
2015-ci ildə 121 cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmləri əsasında 97 kq narkotik vasitə və psixotrop maddə məhv edilib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət