Dünən “Kapelhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası tərəfindən təşkil edilmiş ənənəvi Milad konserti keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Tədbirdə çıxış edən Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandr Ata bütün konsert iştirakçılarına minnətdarlığını bildirib.
O söyləyib ki, konsertə toplaşanlar müxtəlif cins, yaş, millət, siyasi əqidə, dini etiqad nümayəndələri olmalarına baxmayaraq, “biz hamımız Tanrının övladlarıyıq və Tanrı bizə bir vahid dil verib. Bu dil musiqi dilidir”.
“Qədim kilsə slavyan, rus, Azərbaycan və italyan dillərində dini mahnılar səsləndiriləcək. Bütün bunları bizim həyatımızda son dövrlər geniş istifadə edilən bir sözlə ifadə etmək olar - multikulturalizm”, - deyə Aleksandr Ata söyləyib.
Yeparxiya rəhbərinin sözlərinə görə, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycanda xristian, yəhudi və digər din və millətlərdən olan insanlar rahat yaşayırlar.
“Biz həmişə öz bayramlarımızı birlikdə qeyd edirik. Biz bütün dinlərin nümayəndələrinin qeyd etdikləri bayramları bilirik, onları birlikdə qarşılayır və sevinirik. Buna görə bugünkü bayram bizim ölkəmizin, xalqımızın multikulturalizm ənənələrinin təzahürüdür”- deyə arxiyepiskop bildirib.
Konsertdə yerli ictimaiyyət nümayəndələri ilə yanaşı , Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusların nümayəndələri, Rusiya səfiri Vladimir Doroxin, Ukrana səfiri Aleksandr Mişenko, ABŞ səfiri Robert Sekuta, İsrail səfiri Dan Stan, Almaniya səfiri Haydrun Tempel, Rumıniya səfiri Daniel Kristian Çobanu, Qırğızıstan səfiri Ayciqit Buranov və başqaları iştirak ediblər.
Qonaqlar arasında Azərbaycanın müsəlman və yəhudi icmalarının nümayəndələri də olub.
Tədbirdə Müqəddəs Məryəm Ana kilsəsinin bazar günü məktəbinin gənc ifaçıları, qadınlardan ibarət kilsə xoru, Mixaylo-Arxangelsk məbədinin və Müqəddəs Məryəm Ana kilsəsinin xorları, Azərbaycanın əməkdar artistləri, Bakı Musiqi Akademiyasının tələbələri çıxış ediblər.
F.İsazadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət