Bakı Ali Neft Məktəbinin (BANM) I kurs tələbələri üçün SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində (DİHMÜTM) 10 günlük təhlükəsizlik təlimləri başlayıb.Bu barədə “Interfaks-Azərbaycan” agentliyinə Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tələbələrə “Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursu üzrə nəzəri dərslər, o cümlədən Hovuz Təlim Kompleksində “Sağqalma” üzrə və Yanğın Təlim Poliqonunda “Yanğın” üzrə praktiki təlimlər keçirilir.
Təlimlərdə BANM-in 4 qrup üzrə ayrılmış 115 nəfər tələbəsi iştirak edir. DİHMÜTM-də tələbələr Beynəlxalq Dəniz Təşkilatının (İMO) müvafiq Beynəlxalq Konvensiyalarının, Model kursların, “Dəniz neft - qaz qurğularının heyətlərinin hazırlanmasına dair Tövsiyə” adlı Qətnaməsinin tələblərinə uyğun təşkil olunan təlimlərdə istehsalatda baş verə biləcək qəza və fövqəladə hallar zamanı təhlükəsizlik texnikası qaydaları haqqında ətraflı təlimatlarla tanış olurlar.
Dəniz şəraitində iş vaxtı təhlükəsizlik, yanğın təhlükəsizliyi, hidrotexniki qurğuların quraşdırılmasında təhlükəsizlik, qəza hallarında təhlükəsizliyin təmin olunması, xilasedici jiletlərdən, dairələrdən, hidrotermokostyumlardan, istilikqoruyucu vasitələrdən, xilasedici qayıqlardan və sallardan istifadə zamanı təhlükəsizlik və ilkin tibbi yardım göstərilməsi haqqında biliklərin verilməsi onların gələcəkdə istehsalatda işləyərkən bütün təhlükə anlarına hazır olmalarına və təcrübəli kadr kimi yetişmələrinə kömək edəcək.
Onlara Hovuz Təlim Kompleksində “Sağqalma” üzrə xilasedici qayıq haqqında ilkin təlimat, qayığa minmə və suya endirmə, 1 metrlik tranplindən suya tullanma, suda zəncirvari və dairəvi fiqurların yaradılması, xilasedici sala minmə və salda yerləşmə, xilasedici saldan suya çıxma, xilasedici qayığın hazırlanması və endirilməsi, həyəcan siqnalı ilə insanların təxliyəsi və xilasedici qayığa minmə qaydası, üzərək vertolyot bucurğadına çatma və helikopter kabinasına qalxma, eyni zamanda, Yanğın Təlim Poliqonunda “Yanğın” üzrə Tüstü Trenajorunda təlim, zərərçəkənin təxliyəsi və ona ilkin tibbi yardımın göstərilməsi və yanğınların söndürülməsi öyrədilir.
Təlimlərin yekununda BANM-in tələbələrinə dünyanın 171 ölkəsi tərəfindən tanınan Beynəlxalq Dəniz Təşkilatının (İMO) müvafiq Beynəlxalq Konvensiyalarının, Model kursların, “Dəniz neft - qaz qurğularının heyətlərinin hazırlanmasına dair Tövsiyə” adlı Qətnaməsinin tələblərinə uyğun sertifikatlar təqdim ediləcək.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət