SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məxsus Kulevi terminalı vasitəsilə ilk dəfə nafta daşınması əməliyyatlarına başlanılıb. Bu barədə cəmiyyətin məlumatında deyilir.
“Terminal vasitəsilə xam neft, mazut, vakuum qazoylu, benzin, dizel yanacağı, təyyarə yanacağı, ultra aşağı kükürd tərkibli dizel yanacağı (ULSD), metanol və maye neft qazı (LPG) daxil olmaqla, müxtəlif növ karbohidrogen məhsullarının daşınması mümkündür. Terminalın inkişafında növbəti mərhələ - yeni məhsul - naftanın uğurla qəbulu və yola salınması olub”, - deyə məlumatda qeyd olunur.
Məlumatda vurğulanır ki, naftanın ilk partiyası dəmiryol sisternlərindən qəbul edilərək vaxt, keyfiyyət və kəmiyyət itkisi olmadan «RIROIL 2» tankerinə uğurla yüklənib.
SOCAR 2007-ci ilin yanvar ayında Kulevidə neft terminalı alıb. Onun tikintisi və modernləşməsinə $350 mln.-dan artıq məbləğdə investisiya yatırılıb. Ötürmə gücü illik 10 mln. ton neft və neft məhsulları təşkil edən terminal vasitəsilə bu məhsulların Azərbaycandan dünya bazarlarına nəqli həyata keçirilir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət