Qaradağ Metal Konstruksiyalar Zavodu ("AzeriSteel") Azərbaycanda 32 mln. avro dəyərində sənaye avadanlıqlarının istehsalı zavodu inşa etməyi planlaşdırır. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Şirkət çərşənbə axşamı Bakıda bu layihənin təqdimatını keçirib.
Layihə çərçivəsində qabaqcıl texnologiyalar əsasında neft-qaz və kimya sənayesi ilə yanaşı, əczaçılıq və yeyinti sənayesi üçün müxtəlif avadanlıqlar (istilik mübadilə qurğuları, reaktorlar, kristallizatorlar, distilyasiya kolonları, çənlər, təzyiq altında işləyən avadanlıqlar və s.) istehsal ediləcək.
Məlumata əsasən, layihə çərçivəsində 700-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Zavodun layihələndirmə və mühəndislik işləri Almaniyanın bu sahədə böyük təcrübəyə malik olan "EPC Group" şirkəti tərəfindən həyata keçirilir. "EPC Group" zavodun fəaliyyəti dövründə də müəssisəyə texnoloji dəstək göstərəcək.
Məlumatda həmçinin vurğulanır ki, rəqabətqabiliyyətli sənaye məhsullarının və avadanlıqlarının istehsalına dövlət tərəfindən müxtəlif mexanizmlər vasitəsilə dəstək göstərilir.
Xüsusilə "AzeriSteel" İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 10 mln. manat güzəştli krediti hesabına ölkədə mürəkkəb metal konstruksiyalar istehsalı sahəsində aparıcı şirkətlərdən birinə çevrilib.
“Ümumiyyətlə, son illər Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 981 mln. manat olan 130-dan çox müasir sənaye layihəsinin maliyyələşdirilməsinə 410 mln. manatdan çox güzəştli kredit ayrılıb. Bu müəssisələrdən 115-i artıq istifadəyə verilib”, - deyə məlumatda deyilir.
Məlumata görə, dövlətin sahibkarlığın inkişafına digər bir dəstək mexanizmi olan Azərbaycan İnvestisiya Şirkətinin sənaye avadanlıqlarının istehsalı zavodunda payçı kimi iştirak imkanları dəyərləndirilir.
SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) vitse-prezidenti Tofiq Qəhrəmanov çıxışı zamanı Heydər Əliyev adına Neft emalı zavodunda aparılan yenidənqurma işləri barədə məlumat verib, yeni yaradılan sənaye avadanlıqlarının istehsalı zavodunun əhəmiyyətindən bəhs edib, zavodda istehsal olunacaq məhsulların neft-qaz sənayesində istifadəsi imkanlarından danışıb.
1996-cı ildə yaradılan “Azeri” şirkətlər qrupu tikinti sahəsində aparıcı şirkətərdən biridir. Şirkət beton və metal konstruksiyaların istehsalı, qaz, su və kanalizasiya boru kəmərlərinin çəkilməsi, yanacaqdoldurma stansiyalarının tikintisi sahələrində fəaliyyət göstərir.
Qaradağ Metal Konstruksiyalar Zavodu ("AzeriSteel") 2011-ci ildə yenidənqurmadan sonra fəaliyyətə başlayıb. Zavodun ümumi sahəsi 180 min kvadratmetrdir. Bunun 25 min kvadratmetri qapalı istehsalat ərazisi üçün ayrılıb. Müəssisədə ayda 5 min ton məhsul istehsal olunur.
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət