“Azercell Telecom” mobil rabitə operatoru əməkdaşlarının 8%-ni ixtisar edəcək. Bu barədə “Azercell Telecom”un məlumatında şirkətin prezidenti Vahid Mürsəliyevə istinadən məlumat verilir.
V.Mürsəliyev əməkdaşlara ünvanladığı məktubda qeyd edib ki, ağır makroiqtisadi vəziyyətə görə şirkət rəhbərliyi xərclərin azaldılmasına dair olduqca çətin qərar qəbul etməli olub.
“Təəssüflər olsun ki, bazardakı vəziyyət şirkətimizin də fəaliyyətinə təsir göstərib. Biznesimizimövcudşəraitə uyğunoptimallaşdırma etməliyik.2015-ci ilin avqust ayından etibarən "Azercell" rəhbərliyi şirkət xərclərinin, o cümlədən işçilərə aid xərclərin azaldılması və ixtisarların aparılması ərəfəsində olub.Amma biz maksimum dərəcədə əlavə xərcləri azaldaraqişçi sayınatoxunmamağa çalışmışıq. 2015-ci ilin sonunda növbəti devalvasiyanın baş verməsi, ümumi iqtisadi vəziyyətin daha da ağırlaşması və bunun nəticəsində maliyyə durumunun daha da geriləməsi şirkətimizdə 8%-ə qədəriş yerinin, yəni 60-a yaxın işçininixtisar edilməsinə dair qərarın verilməsinə gətirib çıxarıb”, - deyə şirkət rəhbəri qeyd edib.
“Bu vəzifələrdə çalışan əməkdaşların hamısına layiqli kompensasiya təklif olunacaq.Bu gündən etibarən ixtisara düşmüş vəzifələrdə çalışanlarla üzbəüz görüşlər keçirilməyə başlanıb. Bu haqda sizə məlumat verdiyimə görə çox üzgünəm. Təəssüf ki, başqa çıxış yolumuz yoxdur.
Şirkətimizbazardakı vəziyyətdəbiznesini davam etdirməli, yeni yatırımlarhəyata keçirməyə və rəqabətə davamlı olmalıdır”, - deyə o vurğulayıb.
“Azercell Telecom” MMC 1996-cı il yanvarın 19-da təsis edilib və hazırda “TeliaSonera” şirkətlər qrupuna daxildir. Azərbaycanın mobil rabitə bazarında “Azercell Telecom”un payı 48,12% təşkil edir və şirkət ölkə ərazisinin 99,8%-ni əhatə edir. Şirkətin abunəçilərinin ümumi sayı 4,5 mln. təşkil edir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət