2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi onu göstərir ki, multikulturalizm və tolerantlıq Azərbaycanın daxili və xarici siyasətinin ayrılmaz hissəsini təşkil edir. Bu sözləri Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət
müşaviri Kamal Abdulla deyib.
“Azərbaycan prezidentinin 2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan edilməsi barəsində qərarı multikulturalizm və tolerantlığın respublikanın daxili və xarici siyasətinin ayrılmaz hissəsi olmasının göstəricisidir, multikulturalizm təhlükəsizliyinin təmin edilməsi isə ölkə üçün prioritet vəzifələrdən biridir. Və biz əldə etdiyimiz nailiyyətlərin daha da inkişaf etdirilməsi üçün əlimizdən gələn hər şeyi edirik”, - deyə K.Abdulla “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, multikulturalizm ideyalarının, onun Azərbaycan modelinin səmərəli təbliği məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) həyata keçirilən layihələr üzərində işi davam etdirəcək, eləcə də yeni layihələr işləyib hazırlayaraq reallaşdıracaq.
Dövlət
müşaviri deyib ki, 2016-cı ildə bir sıra xarici universitetlərdə BBMM-in nümayəndəlik və filiallarının açılması planlaşdırılıb. 2016-cı ildə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları”, “Azərbaycan multikulturalizminin siyasi qaynaqları” adlı kitablar işıq üzü görəcək, həmçinin “Azərbaycan multikulturalizmi” dərsliyi üzərində iş davam etdiriləcək.
“2016-cı ildə “Renessans” adlı rüblük elmi-publisistik bədii jurnal dərc edilməyə başlayacaq. Bu jurnalda müntəzəm olaraq etnik mədəni irs, müxtəlif regionların adət və ənənələrinə həsr edilmiş materiallar dərc ediləcək. “Kultura+” internet televiziyasının başlatdığı və davam etdirdiyi işi əhəmiyyətli dərəcədə genişləndirməyi və tematik cəhətdən gücləndirməyi düşünürük”,- deyə o bildirib.
K.Abdulla əlavə edib ki, 2016-cı ildə mərkəzin prioritetlərindən biri həyata keçirilən layihələrə bu və ya digər səbəblərə görə universitetlərdə təhsil almayan gənclərin cəlb edilməsi olacaq.
“Bu, bizim işimizin kifayət qdər maraqlı və rəngarəng tərəfidir, biz bunu ölkənin bütün regionlarında həyata keçirəcəyik”, - deyə dövlət müşaviri qeyd edib.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/663009 linki vasitəsilə tanış olmaq olar.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət