Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan MR Xarici Kəşfiyyat Xidmətinin yaradılması barədə fərman imzalayıb.
Naxçıvan Muxtar Respublikasının Xarici Kəşfiyyat Xidmətinə əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say tərkibi barədə təkliflərini Naxçıvan MR Ali Məclisinin sədrinə təqdim etmək tapşırılıb.
Həmçinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
V.Talıbovun fərmanı ilə investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sənaye istehsalının artırılması məqsədi ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq edilib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə investisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarını müəyyən etmək, Naxçıvan MR Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Naxçıvan MR Vergilər Nazirliyinə və Naxçıvan MR Dövlət Gömrük Komitəsinə investisiya təşviqi sənədini almış şəxslərə qanunla nəzərdə tutulmuş güzəştlərin tətbiqi üçün müvafiq tədbirlər görmək tapşırılıb.
Həmin gün Ali Məclisin sədri Famil Naqim oğlu Seyidovun Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilməsi haqqında fərman imzalayıb. Bundan əvvəl F.Seyidov iqtisadiyyat və sənaye naziri olub.
Q.Hüseynova
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət