Ötən il xarici dövlətlərin vətəndaşları tərəfindən 6 uşaq övladlığa götürülüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Tədqiqatlar Departamentinin rəhbəri Elgün Səfərov məlumat verib.
“Hər il Azərbaycan daxilində uşaqların övladlığa götürülməsi ilə bağlı 700-900 ərizəyə baxılır. Xaricə övladlığa verilmə zamanı azərbaycanlı ailələrə, yəni əvvəllər Azərbayanda yaşayan və ya ölkə vətəndaşları ilə qohumluq əlaqləri olanlara üstünlük verilir”, - deyə E.Səfərov bildirib.
Onun sözlərinə görə, ötən il xarici dövlətlərin vətəndaşları tərəfindən 6 uşaq övladlığa götürülüb. Həmin şəxslər arasında Rusiya, Türkiyə və ABŞ vətəndaşları olub.
“Azərbaycan daxilində övladlığa götürülmə zamanı məhkəmə instansiyasında nəzdində xüsusi komissiyaların olduğu yerli hakimiyyət orqanlarının rəyi nəzərə alınır. Beynəlxalq övladlığa götürülmə zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi rəy təqdim edir”, - deyə o bəyan edib.
E.Səfərov vurğulayıb ki, beynəlxalq övladlığa götürülmə zamanı mühüm amillərdən biri ondan ibarətdir ki, burada xüsusi qayğı və diqqətə, həmçinin tibbi dəstəyə ehtiyacı olan uşaqlara üstünlük verilir. “Həmin uşaqları artıq Azərbaycanda övladlığa götürmürlər”, - deyə o söyləyib.
A.Zeydullayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət