Vergilər Nazirliyinin 2015-ci ildə həyata keçirdiyi səyyar yoxlamaların yekunları üzrə dövlət büdcəsinə ödənilmək üçün əlavə hesablanmış vəsaitin həcmi 1 mlrd. 28,8 mln. manat təşkil edib, bu isə 2014-cü ilin göstəricisindən 13,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
2015-ci ildə 11,876 min səyyar yoxlamanın keçirilməsinə dair qərar qəbul edilib. Bununla belə, 11,331 min vergi ödəyicisində (95,4%) vergi qanunvericiliyinin pozulması halları aşkarlanıb.
Ötən il başa çatdırılmış səyyar vergi yoxlamaları nəticəsində 1 mlrd. 28,8 mln. manat əlavə vəsait hesablanıb. Bu məbləğin 634,8 mln. manatı əlavə hesablanmış vergi məbləği, 394 mln. manatı isə vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyası (faizlə birgə) təşkil edib.
Ötən il başa çatdırılmış səyyar vergi yoxlamaları üzrə orta hesabla 1 yoxlamaya düşən hesablanmış cəmi əlavə vəsaitin məbləği 90,1 min manat təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 14,6% çoxdur.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət