Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT- EITI) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) dekabrın 26-da keçirilən növbəti iclasında 2016-cı il üçün İş planı təsdiq olunub. Bu barədə Dövlət Neft Fondunun (ARDNF) məlumatında deyilir.
İclas iştirakçıları ÇQ-nin 2016-cı il üzrə İş planının layihəsini və 2014-cü il üzrə MHŞT hesabatının yekun layihəsini müzakirə edib və təsdiqləyiblər.
İclas zamanı həmçinin Azərbaycanın MHŞT-nin tamhüquqlu üzvü statusunun bərpa edilməsi üçün nəzərdə tutulan islahedici tədbirlər və fəaliyyət planının icra vəziyyəti ətrafında müzakirələr aparılıb.
Xəbər verildiyi kimi, EITI üzrə yeni standart 2013-cü ilin may ayında Sidneydə keçirilən qlobal konfransda EITI-yə üzv olan ölkələr tərəfindən qəbul edilib. Bu standarta uyğun olaraq EITİ-nin reallaşdırılması üzrə illik hesabatda hasilat şirkətləri tərəfindən hökumətə ümumi ayırmalar deyil, mineral ehtiyatların hasilatı ilə məşğul olan şirkətlərin ayırmaları ayrı-ayrılıqda əks olunacaq. Şirkətlər ayırmalarla bağlı məlumatları hökumətə təqdim etməkdən imtina edə bilməzlər, çünki bu, Şəffaflıq Təşəbbüsünün bütün iştirakçıları üçün icbaridir.
EITI üzrə hesabatlar ilin yekunları üzrə bir dəfə hazırlanır.
Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə 2003-cü ildə qoşulub. Həmin ilin noyabrında Nazirlər Kabinetinin sərəncamı ilə EITI-nin həyata keçirilməsi üzrə xüsusi komissiya yaradılıb.
EITI üzrə Çoxtərəfli Qrupa Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyası, hasilat sənayesi ilə məşğul olan yerli və xarici şirkətlər, eləcə də mədən sənayesində şəffaflığın artırılması üzrə QHT Koalisiyası daxildir
EITI üzrə hesabatlar ildə bir dəfə ilin yekunu üzrə hazırlanır. Sonuncu belə hesabat 2013-cü ilin iyun ayında 2012-ci ilin yekunlarına dair hazırlanıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət