Yanvarın 27-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyə Cumhuriyyətinin enerji və təbii qaynaqlar naziri Berat Albayrakla görüş keçirib.
SOCAR-ın mətbuat xidmətinin məlumatına görə, görüşdə Türkiyənin enerji sektorunda şirkətin həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunub, planlaşdırılan işlərin qrafikə uyğun icra edildiyi bildirilib.
Tərəflər TANAP-ın inşası işlərinin, eyni zamanda Petkim yarımadasında həyata keçirilən layihələrin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılacağına əminliklərini vurğulayıblar. Həmçinin qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib, bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.
R.Abdullayev Türkiyəyə səfəri çərçivəsində TANAP konsorsiumunun İdarə Heyətinin iclasında da iştirak edib. İclasda layihə üzrə 2015-ci ildə həyata keçirilmiş işlərin yekunu və cari ildə qarşıda duran vəzifələr müzakirə olunub.
İclasda 2016-cı ildə layihə çərçivəsində görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb, zəruri sənədlər təsdiqlənib.
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət