Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsində Elm və Texnologiya Parkı yaradılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Bu qərar AMEA Rəyasət Heyətinin yanvarın 27-də keçirilmiş növbəti iclasında qəbul edilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elmi-innovativ fəaliyyətin gücləndirilməsi, elm və istehsalat əlaqələrinin müasir tələblər səviyyəsinə qaldırılması təşkil edir. Beynəlxalq təcrübəyə əsasən innovativ layihələr ilk olaraq müvafiq qaydada təsis edilmiş elmi-texniki şurada ekspertizadan keçirilməli, daha sonra ideya, konsept, prototip və hazır məhsul mərhələlərinə müvafiq olaraq biznes inkubasiya mərhələsinə təqdim olunmalı, texnologiyaların transferi funskiyası üzrə inkişaf etdirilməli və prototipin müsbət rəy almasından sonra sənayedə kütləvi istehsal üçün hazırlanmalıdır.
Akademik əlavə edib ki, bu baxımdan AMEA-da innovasiya siyasətinin hazırlanması və icrası, eləcə də müvafiq tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə fəaliyyət göstərən İnnovasiya şöbəsi ilə yanaşı, yuxarıda göstərilən innovativ prosesin praktik təcrübədə həyata keçirilməsini təmin edən müvafiq struktur qurumun yaradılması zəruridir.
Qeyd olunanları nəzərə alaraq, həmçinin innovativ layihələrin sənayeyə tətbiqi mexanizmlərinin qurulması, real təcrübə-konstruktor işlərinin aparılması və elmi-texniki yeniliklərin sənaye üçün kütləvi istehsala hazır vəziyyətə gətirilməsinə nəzarəti təmin etmək məqsədilə Rəyasət Heyəti İşlər idarəsində Elm və Texnologiya Parkının yaradılması və Əsasnaməsinin təsdiq edilməsi haqqında qərar qəbul edib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət