Avropa İttifaqı (Aİ) Azərbaycana elektron kənd təsərrüfatı sisteminin tətbiqi üçün 1,14 mln. avro məbləğində texniki yardım ayıracaq. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov məlumat verib.
“ Texniki yardımın birinci mərhələsi çərçivəsində işlər başlayıb. Aİ Azərbaycan tərəfinə kənd təsərrüfatı subsidiyalarının informasiya sisteminin, e-ASK sisteminin İT infrastrukturunun, ortofoto xəritə sisteminin işlənməsi üçün texniki tələbləri təqdim edib”,- deyə İ.Bayramov cümə axşamı e-ASKsisteminin yaradılmasına texniki yardım göstərilməsi məsələlərinə həsr olunmuş seminarda bildirib.
Onun sözlərinə görə, işlərin aparılması üçün elan edilmiş tenderdə Macarıstan, Niderland, Litva, İtaliya, Azərbaycan şirkətərindən ibarət konsorsium qalib gəlib.
Aİ-nin Azərbaycandakı nümayəndəsi Malena Mard dövlət tərəfindən sahibkarlara ayrılmış subsidiyaların istifadə mexanizminin yaxşılaşdırılmasına yöənldilmiş e-ASK sistemi komponentinin vacibliyini qeyd edib.
Xəbər verildiyi kimi, 2014-cü ilin aprel ayında prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinə üç il müddətində mərhələlərlə "Elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılması tapşırılıb.
2015-ci ildə dövlət büdcəsindən bu məqsədlə 4,8 mln. manat ayrılıb, 2016-cı ildə 3,5 mln. manatın ayrılması nəzədə tutulur.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət