Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv edilmiş banklardakı sığortalanmış əmanətlər üzrə kompensasiya ödənişinə vəsait çatmayacağı təqdirdə istiqraz buraxmaq hüququna malikdir. Bu barədə fondun rəhbəri Azad Cavadov bu gün mətbuat konfransında məlumat verib.
Xəbər verildiyi kimi, 2016-cı il fevralın 1-dən Azərbaycan banklarında fiziki şəxslərin bütün əmanətləri məbləğindən asılı olmayaraq sığortalanacaq. Sığorta üzrə məhdudiyyətlər əmanətlərin faizlərinə şamil ediləcək. Hazırda illik 12% dərəcəsi ilə cəlb edilmiş 30 min manatadək məbləğdə əmanətlər sığortalanmış sayılır.
“ADIF ləğv edilmiş banklardakı sığortalanmış əmanətlər üzrə kompensasiya ödənişinə vəsait çatmayacağı təqdirdə istiqraz buraxa bilər. İstiqrazlar həm yerli bazarda manatla, həm də xaricdə xarici valyuta ilə buraxıla bilər. Lakin hələ ki, buna ehtiyac yoxdur”, - deyə A.Cavadov qeyd edib.
Onun sözlərinə görə, digər bir variant AMB və ya Azərbaycan hökumətinə kredit üçün müraciət etmək və ya xaricdən dövlət zəmanəti ilə kredit cəlb etməkdir.
“Rusiya və Ukraynanın təcrübəsi göstərdi ki, son zamanlar bankların böyük əksəriyyəti iflasa uğrayıb, dövlət dəfələrlə bu ölkələrdə əmanətlərin sığortalanması fondunu təkrar kapitallaşdırıb”,- deyə o qeyd edib.
A.Cavadov deyib ki, 2015-ci ilin sonuna ADİF-in sığorta ehtiyatları 132 mln. manat təşkil edir, bunun 75 mln. manatı dövlət istiqrazlarında yerləşdirilib, vəsaitlərin bir hissəsi AMB-nin hesabında ABŞ dollarında, daha 7 mln. manat avroda saxlanılır.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət