2015-ci ildə hakim Yeni Azərbaycan Partiyasının (YAP) ümumi xərcləri 6385 936 manat təşkil edib. Bu barədə partiyanın İdarə Heyətinin növbəti iclasında məlumat verilib.
2016-cı il yanvar ayının 1-nə partiyanın depozit hesabında ehtiyat vəsaiti 6000 000 manat olub.
2015-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7442 113 manat olub. Bunun 6293 512 manatını üzvlük haqları, 1148 601 manatınıbüdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.
Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 3767 616 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 573 169 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, 187788 manatı parlament seçkiləri ilə əlaqədar partiya hesabından seçki fonduna köçürmələrə, 161 264manatı ezamiyyə xərclərinə, 259126 manatı invertarların alınmasına, 319902 manatı təmir işlərinə sərf edilib. Hesabat ilinin sonuna toplanan vəsaitin 1056177 manatı partiyanın və yerli təşkilatlarının hesabında qalıb.
İclasda YAP İdarə Heyətinin 2015-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2015-ci ilə dair illik statistik hesabat, partiyanın 2015-ci il üzrə maliyyə hesabatı müzakirə edilərək qəbul edilib.
Qeyd olunub ki, 2015-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarına 23 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiyanın üzvlərinin sayı 667 min nəfəri keçib.
R. Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət