Dövlət Gömrük Komitəsi (DGK) beynəlxalq poçt vasitəsilə malların qəbuluna qoyulan limiti azaltmağı təklif edir. Bu barədə komitənin sədri Aydın Əliyev cümə günü mətbuat konfransında bəyan edib.
Hazırda beynəlxalq poçtla Azərbaycana ümumi məbləği $1 minə ekvivalent olan şəxsi istifadə üçün malların qəbuluna (göndərilməsinə) icazə verilir.
“Poçtla göndərişlər üçün $1 min böyük rəqəmdir. Biz bu rəqəmin azaldılmasına dair müvafiq təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmişik”, - deyə o bildirsə də, bu limitin nə qədər azaldılacağını dəqiqləşdirməyib.
Həmçinin komitə sədri deyib ki, DGK Azərbaycandan valyutanın rüsumsuz çıxarılması məbləğinə (hazırda $10 min təşkil edir) və şəxsi istifadə üçün malların rüsumsuz gətirilməsi limitinə dəyişikliklər etməyi planlaşdırmır.
“Hesab edirik ki, $10 min həcmində valyutanın rüsumsuz çıxarılması kifayətdir. Bundan əlavə, qeyri-kommersiya (şəxsi) məqsədilə istifadə üçün malların ölkəyə rüsumsuz gətirilməsinə görə $1,5 min məbləğində limitin kifayət qədər çox olduğunu hesab edirik”, - deyə A.Əliyev qeyd edib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət