Avropa Şurası miqrasiya problemlərinin tənzimlənməsi məsələlərində Azərbaycanla əməkdaşlığı uğurla xarakterizə edir. Bunu Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç söyləyib.
“Azərbaycan son illər miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində yüksək hazırlıq səviyyəsi nümayiş etdirib”, - deyə D.Filipoviç "Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait"in Azərbaycan dilində nəşrinin təqdimat mərasimində bildirib.
O qeyd edib ki, miqrasiya problemləri bu gün Avropa dövlətləri qarşısında xüsusilə kəskin dayanır.
“Biz başa düşürük ki, miqrasiya problemləri heç vaxt gündəmdən düşməyəcək. Bu baxımdan Azərbaycanın bu məsələlər üzrə təcrübəsi xüsusilə qiymətlidir”, - deyə D.Filipoviç qeyd edib.
O, Suriyada vəziyyətin gərginləşməsi ilə bağlı təəssüfləndiyini deyib.
“Bu gün 4 mln.-dan çox suriyalı qaçqın 5 dövlətin ərazisində sığınacaq tapıb. Onların yalnız bir hissəsi Avropada xilas axtarır. Suriyalı miqrantların heç də hamısı lazımi kömək ala bilmir. Onlardan bir çoxu geriyə göndərilmək təhlükəsi ilə üzləşir ki, geridə onları heç də yaxşı aqibət gözləmir”,- deyə D.Filipoviç qeyd edib.
Bakı ofisinin rəhbəri bütün dövlətlərin miqrantlara yardım göstərilməsi istiqamətində səylərinin birləşdirilməsinin vacib olduğunu vurğulayıb.
“Bu, yaranmış vəziyyətdən yeganə çıxış yoludur, Avropa Şurası məhz bu istiqamətdə kömək etməyə hazırdır”,- deyə D.Filipoviç əlavə edib.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət