Deputat Elmira Axundova bankların bağlanması nəticəsində ixtisara düşmüş bank işçilərini diqqətdə saxlamağa və onlara işə düzəlməkdə kömək etməyə çağırıb. Bu bardə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
“Son həftələrdə Azərbaycanda bir çox bankın lisenziyası geri çağırılır. Bu banklar faktiki olaraq öz fəaliyyətlərini dayandırırlar və əməkdaşlarını ixtisar edəcəklər”,- deyə E.Axundova bazar ertəsi Milli Məclisin yaz sessiyasının birinci iclasında çıxışı zamanı bildirib.
O deyib ki, Azərbaycan Mərkəzi Bankı ölkənin bir sıra banklarının lisenziyasının geri alınma səbəblərini açıqlasa, yaxşı olardı.
“Belə sərt addımlar atarkən AMB rəhbərliyi ölkə ictimaiyyətinə bu tədbirlərin səbəbləri barədə məlumat verməlidir”,- deyə E.Axundova qeyd edib.
O, dövlətə müraciət edərək ixtisar olunmuş bank əməkdaşlarını işlə təmin etməyi xahiş edib.
“İşsiz qalan bank işçiləri peşəkar mütəxəssislərdir. Bankda işə düzəlmək üçün onlar ciddi seçim turlarından keçməli olublar. Buna görə də onların taleyi ilə maraqlanmağı, imtahansız və testlərdən keçmədən işə düzəlməsinə kömək etməyi xahiş edirəm”,- deyə deputat qeyd edib.
O, bununla əlaqədar olaraq “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edilməsinin vacib olduğunu qeyd edib.
“Bəzi strukturlarda mühasib yerləri boşdur. Mühasib vəzifəsi dövlət qulluqçuları siyahısından çıxarılmalıdır və beləliklə, vakant yerlərə bank sektorunda ixtisara düşmüş gənc və perspektivli mütəxəssislərin cəlb edilməsini asanlaşdırmaq olar.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət