Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması tənzimlənmənin səmərəliliyinin artırılmasına yönəlib. Ekspert, “ARK Business Solutions”un həmtəsisçisi Xəyal Məmmədxanlı belə hesab edir.
“Ölkə prezidentinin fərmanı maliyyə bazarlarına nəzarət məqsədilə vahid orqanın yaradılmasını nəzərdə tutur. Bu, yaxşı ideyadır və biz bu strukturun yaradılmasını çoxdan proqnozlaşdırırdıq və tərəfdarı idik”, - deyə X.Məmmədxanlı bildirib.
Onun sözlərinə görə, bu cür orqanın yaradılmasında Azərbaycan analoji strukturların fəaliyyət göstərdiyi digər aparıcı ölkələrin təcrübəsindən istifadə etmək qərarına gəlib.
Bununla yanaşı, o hesab edir ki, yeni strukturun nə dərəcədə səmərəli olacağı barədə danışmaq hələ tezdir. “Çox şey Palatanın Əsasnaməsində qeyd olunacaq funksiya və səlahiyyətlərdən asılı olacaq. Əgər Əsasnamənin hazırlanması məqsədilə yaradılan İşçi qrupunun tərkibinə nəzər salsaq, demək olar ki, onlar maliyyə bazarlarından başı çıxan şəxslərdir. Bu səbəbdən onlar tərəfindən normal normativ-hüquqi bazanın hazırlanacağını demək mümkündür”, - deyə o qeyd edib.
X.Məmmədxanlı vurğulayıb ki, bu strukturun yaradılması ilə qanunvericilik bazasına dəyişikliklərin edilməsi istiqamətində böyük iş görülməlidir, çünki Mülki Məcəllədə Qərbdə geniş istifadə olunan “publik hüquqi şəxs” anlayışı yoxdur.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar İşçi qrupu yaradılıb. İşçi qrupunun rəhbəri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı təyin edilib. İşçi qrupuna “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Asim Məmmədov, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Cəlal Qasımov, “Unibank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Faiq Hüseynov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya Departamentinin direktoru Rövşən Cavadov, Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri Zəka Mirzəyev daxildir.
İşçi qrupuna Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin layihəsini, habelə Palatanın strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Fərmana əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə mindiyi gündən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv ediləcək və onların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına veriləcək.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət