“BP-Azerbaijan” şirkəti 2016-cı ilin IV rübündə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-3”ün həyata keçirilməsi üçün seysmik məlumatların analizinə başlamağı planlaşdırır. Bu barədə cümə axşamı jurnalistlərə şirkətin geoloji kəşfiyyat üzrə vitse-prezidenti Qreq Rayli məlumat verib.
“Biz “Mərhələ-3”ün həyata keçirilməsinə hazırlıq işlərini davam etdiririk, məlumat toplayırıq. Lakin hazırda bu, bizim üçün prioritet təşkil etmir, çünki biz “Mərhələ 2”nin həyata keçirilməsinə diqqət yönəltmişik”, - deyə Q.Rayli “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab olaraq bildirib.
Bununla yanaşı, o qeyd edib ki, 2015-ci ildə “Mərhələ-3”ün həyata keçirilməsi məqsədi ilə “Giləvar” gəmisinin köməyi ilə üçölçülü seysmik kəşfiyyat işləri aparılıb.
“2016-cı ilin IV rübündə biz bu məlumatların analizinə başlayacağıq”, - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, SOCAR-ın qiymətləndirmələriinə görə, “Mərhələ-3” çərçivəsində qaz hasilatına 2025-ci ildən sonra başlanılacaq. “Mərhələ-3” çərçivəsində qaz ehtiyatları 500 mlrd. kubmetr həcmində qiymətləndirilir və bu həcm təsdiqlənəcəyi halda yataqda qaz ehtiyatları 1,7 trln. kubmetrə qədər arta bilər (indiki 1.2 trln. kubmetrdən - İF-Az).
“Mərhələ-3” “Şahdəniz” konsorsiumuna uzun müddət yataqda qaz hasilatını pik səviyyədə - ildə 25 mlrd. kubmetr səviyyəsində saxlamağa imkan verəcək.
Xəbər verildiyi kimi, Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Mərhələ-2” çərçivəsində qaz hasilatına 2018-ci ildə başlanacağı nəzərdə tutulur. İllik hasilat 16 mlrd. kubmetr təşkil edəcək. “Mərhələ-2” $28 mlrd. dəyərində qiymətləndirilir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət