Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dəmir-beton məhsullarının istehsalı və tikinti-quraşdırma işləri ilə məşğul olan “Gəncə Mənzil Tikinti” ASC-nin səhmlərinin 99,96%-nin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-dan məlumat verilib.
ASC-nin 1 mln. 348,054 min ədəd səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramında müəssisənin mövcud fəaliyyətinin bərpası və müasir standartlara uyğun yenidən qurulması, gələcək fəaliyyət növündən asılı olaraq yeni texnika və avadanlıqların alınması, müəssisənin ərazisinin abadlaşdırılması, yeni iş yerlərinin açılması və işçilərin sosial təminatına dair təkliflər nəzərdə tutulmalıdır. Bundan başqa, investisiya proqramına bu məqsədlər üçün investisiyaların həcmi və müddəti daxil edilməlidir.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 550 min manat köçürməlidir.
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayənin həcminin 5%-ni 90 gün ərzində ASC-nin hesabına, səhmlərə görə müsabiqə təklifində nəzərdə tutulmuş vəsaiti isə dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2016-cü il martın 7-nə qədər qəbul ediləcək. Təkliflər martın 9-da qiymətləndiriləcək.
Xəbər verildiyi kimi, ƏMDK bu müəssisənin səhmlərini 6 dəfə - 2008, 2009, 2010, 2012, 2013 və 2014-cü illərdə investisiya müsabiqəsinə çıxarıb. Lakin səhmlərin alıcısı olmayıb.
“Gəncə Mənzil Tikinti” ASC Gəncə şəhərində yerləşir. Müəssisə 1979-cu ildə istismara verilib. Burada 7 nəfər çalışır.
2016-cı il yanvarın 1-nə ASC-nin öhdəlikləri 315,146 min manat təşkil edir. Müəssisənin debitor borcu 248,948 min manata bərabərdir.
2016-cı il yanvarın 1-nəASC-nin nizamnamə kapitalı 2 mln. 697,092 min manat təşkil edir və nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət