Azərbaycanın İqtisadiyyat Nazirliyi “Antidempinq, kompensasiya və müdafiə tədbirləri haqqında” qanun layihəsi hazırlayıb.
Qanun layihəsi çərşənbə axşamı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
“Bu qanun layihəsinin məqsədi daxili istehsalçıları ölkəyə daxil olan subsidiyalı ixracdan və dempinqdən müdafiə etməkdir. Qanun layihəsi belə faktların aşkarlanması və cavab tədbirlərinin görülməsini nəzərdə tutur”,- deyə iqtisadiyyat nazirinin müavini Sahil Babayev qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Qanun layihəsi dempinq idxalının aşkarlanması, dempinq marjasının hesablanmasını, Azərbaycann ixrac edilən bu və ya digər məhsulunun subsidiyalarının hesablanmasını, daxili istehsala dəymiş zərərin müəyyən edilməsi və bu zərərin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi qaydalarını müəyyən edir.
Onun sözlərinə görə, antidempinq tədbirlərindən biri olaraq idxal məhsullarına rüsumu dempinq marjası həcmində artırmaq nəzərdə tutulur.
Bundan əlavə, qanun layihəsi müvəqqəti antidempinq və kompensasiya tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Belə tədbirlər müvəqəqəti antidempinq və kompensasiya rüsumları, yaxud antidempinq və kompensasiya rüsumlarına bərabər olan pul depozitləri şəklində tətbiq edilə bilər.
Bununla yanaşı, antidempinq tədbirləri ətraflı araşdırmalardan və yoxlamalar başlayandan 60 gün sonra tətbiq edilə bilər.
S.Babayev qeyd edib ki, qanun layihəsi Dünya Ticarət Təşkilatının direktivi əsasında hazırlanıb.
Qanun layihəsinin I oxunuşda baxılmaq üçün parlamentin müzakirəsinə vermək qərara alınıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət