BP şirkətinin Əməyin Təhlükəsizliyi və Əməliyyat Riskləri Departamenti üzrə vitse prezidenti Robert Vot (RobertWatt) Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün “Safety and Operational risks” (Təhlükəsizlik və əməliyyat riskləri) mövzusunda təqdimatla çıxış edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dan məlumat verilib.
Təqdimatdan öncə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BANM-in beynəlxalq neft-qaz şirkətləri ilə əlaqələrindən söz açaraq Ali Məktəbin BP şirkəti ilə əməkdaşlığından danışıb.
O bildirib ki, Ali Məktəbin tələbələri BP-də mütəmadi olaraq təcrübə keçirlər və gələcəkdə öz karyeralarını digər beynəlxalq şirkətlərlə yanaşı, BP-də qura bilmə imkanları var. O, müxtəlif beynəlxalq şirkətlərin, o cümlədən BP-nin mütəxəssislərinin BANM-də keçirdiyi belə təqdimatların tələbələr üçün faydalı olacağına əminliyini ifadə edib.
BP şirkətinin Əməyin Təhlükəsizliyi və Əməliyyat Riskləri Departamenti üzrə vitse prezidenti Robert Vot öz təqdimatında neft və qaz sənayesi tarixində baş vermiş böyük qəzalar barədə məlumat verib. Bu qəzaların baş vermə səbəbləri və həmçinin, bu tip qəzaların baş verməməsi üçün BP-nin yerinə yetirdiyi təhlükəsizlik tədbirləri haqqında söz açıb. O, tələbələrə belə xətaların baş verməməsi üçün mühəndislərin üzərinə düşən vəzifə və öhdəliklərin yerinə yetirilməsinin vacib olduğunu vurğulayıb.
Sonda Robert Vot tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Qeyd edək ki, təqdimatda BANM-in 150-dən artıq tələbəsi iştirak edib.
A.Zeydullayeva
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət