2016-cı ilin yanvar ayında dəmir yolu vasitəsi ilə muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarına 600 ton müxtəlif təyinatlı yük daşınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Nəqliyyatın bu növündən 11 min 800 sərnişin istifadə etmişdir. Daşımaların nümunəvi təşkili məqsədilə lazımi işlər görülmüş, yollarda hərəkətin təhlükəsizliyi təmin olunmuşdur.
Bu dövrdə Culfa Lokomotiv Deposunda lokomotivlər 5 dəfə texniki baxışdan keçirilib, 1 elektrovoz cari təmir edilib. Culfa Vaqon Deposunda isə 2 vaqon cari təmir olunmuş, 1 sərnişin vaqonunda istilik sisteminin bərpası işləri davam etdirilib.
Qış aylarında hərəkətdə fasilələrin yaranmaması üçün də bütün zəruri tədbirlər görülür. Belə ki, ötən ay mütəmadi olaraq baş və stansiya yollarına baxış keçirilib, süni tikililər, küvet və yol yataqları təmizlənib. Xidməti ərazidəki bütün körpü və keçidlər, yol yatağı, yoldəyişdirici və süni qurğular mütəmadi yoxlanılmış, polad relslərin istismara yararlılığına nəzarət olunub.
Rabitə və işarəvermə sahəsinin əməkdaşları da işini günün tələbləri səviyyəsində qurmuş, qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə Qıvraq stansiyasında 24 müxtəliftipli rele və lokomotivlərdə 5 blok dəyişdirilmişdir. Ay ərzində elektrik ötürücü hava və kontakt şəbəkəsi xətlərində təmir işləri aparılmış, dəmir yolu obyektləri və elektrovozlar fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Bu dövrdə Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi Ordubad dəmiryol sərnişin vağzalı və Ordubad Yol Sahəsinin inzibati binalarında yenidənqurma, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binalarında isə əsaslı təmir işlərini davam etdirib.
Q.Hüseynova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət