Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Gürcüstan sərhədindən iri partiya dərman pereparatlarının qanunsuz keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilir.
Məlumata əsasən, Qazax rayonunun Babakər yüksəkliyi istiqamətində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Gürcüstandan Azərbaycana qaçaqmalın keçirilməsi barədə daxil olmuş məlumat əsasında ehtimal olunan ərazidə axtarış tədbirləri həyata keçirilib.
“Bu tədbirlər nəticəsində dövlət sərhəd xəttinin yaxınlığında dövlət nömrə nişanı 35 BH 057 olan “Kamaz” markalı nəqliyyat vasitəsinə 5-6 nəfər tərəfindən iri buynuzlu mal-qaranın və müxtəlif ölçülü bağlamaların yüklənməsi aşkar edilib”, - deyə məlumatda deyilir. .
Komitədən məlumat verilir ki, axtarış qrupu tərəfindən yaxalanarkən havanın qaranlıq və dumanlı olmasından istifadə edən sərhəd pozucuları qaçaqmalı hadisə yerində qoyaraq Gürcüstan istiqamətində geri qaçmağa müvəffəq olublar. “Kamaz” markalı nəqliyyat vasitəsinin sürücüsü sərhədçilərin havaya xəbərdarlıq atəşinə məhəl qoymayıb, avtomobili yüksək sürətlə hərbi qulluqçuların üzərinə sürərək onların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb və hadisə yerindən uzaqlaşmağa çalışıb.
“Sərhədçilər tərəfindən məlumatlandırılan DYP əməkdaşlarının saxlama tələbinə tabe olmayan nəqliyyat vasitəsinin sürücüsü qurulmuş maneəni vurub keçmiş, avtomobilin yük yerindəki qaçaqmalı yerə salaraq onu təqib edənlər üçün maneə yaratmaqla qaçmağa cəhd göstərıb”, - deyə məlumatda vurğulanır.
Həyata keçirilən tədbirlər nəticəsində “Kamaz” markalı nəqliyyat vasitəsi Ağstafa rayonunun Poylu kəndi ərazisində saxlanılıb. Avtomobilin sürücüsünün 1980-cı il təvəllüdlü, Qazax rayonu Daş Salahlı kənd sakini Süleymanov Samir Siyavuş oğlu olduğu müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 6 baş at, 30 baş buzov və 12 bağlamada 90 adda 44 374 ədəd müxtəlif dərman pereparatlarından ibarət qaçaqmal aşkar edilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət