Azərbaycan Estoniyanın Narva şəhərində gənc pianoçuların Frederik Şopenin yaradıcılığına həsr olunmuş 11-ci Beynəlxalq müsabiqəsində uğurla təmsil olunub. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
İldən ilə coğrafiyası genişlənən müsabiqədə 11 ölkədən 50 musiqiçi iştirak edib.
Bu il professor Pyeep Lassmanın sədrlik etdiyi münsiflər heyətində Pavel Kaminski (Polşa), Teppo Koyvisto (Finlandiya), Toms Ostrovskis (Latviya) və Viktor Portnoy (Rusiya) təmsil olunublar.
Gənc pianoçuların müsabiqəsində Azərbaycanı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin yetirmələri – Nigar Heydərli, Nərminə İsmayılova, Elxan Niftiyev, habelə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Səbinə Rzazadə təmsil ediblər.
Narva musiqi məktəbinin direktoru, müsabiqənin təşkilat komitəsi sədrinin müavini Tatyana Qonçarova deyib ki, cənublu temperamentinə baxmayaraq, Azərbaycan pianoçuları Şopeni yaxşı duyurlar, özlərini gözəl təqdim edirlər, onların texniki məharəti Şopen müsabiqəsinin yüksək tələblərinə cavab verir.
T.Qonçarova müsabiqənin ötənilki iştirakçılarını – 2014-cü ildə kiçik yaş qrupunda 2-ci mükafata layiq görülən Leyla Zeynalovanı və onun qardaşını - 2012-ci ildə Qran-pri mükafatına layiq görülən Rüstəm Zeynalovu xüsusi qeyd edib.
Bu müsabiqə Bülbül adına məktəbin yetirməsi E.Niftiyevin debütü olub. O deyib: “Burada necə qarşılanmağım mənim üçün əsas məsələdir. Qonaqpərvərlik mənim üçün əhəmiyyətlidir, çox xoşuma gəldi. Birinci çıxış etməyimə, müsabiqəni açmağıma baxmayaraq, özümü rahat hiss edirdim”. Şopenin sol minor balladasını ifa edən E.Niftiyev ikinci turda iştirak etdiyinə görə diploma layiq görülüb. Şopen müsabiqəsinin iştirakçıları Sillamyae şəhəri meriyasının dəvəti ilə konsert veriblər. E.Niftiyev həmin konsertdə iştirak edib.
N.Heydərli və S.Rzazadə də diplomlara layiq görülüblər. Mi-bemol major valsını, 18 nömrəli əsəri ifa edən N.İsmayılova 2-ci mükafatın sahibi olub.
N.İsmayılova müsabiqə başa çatandan sonra Tallində, Estoniya Teatrının konsert salonunda Anatoli Şuranın idarə etdiyi Narva simfonik orkestrinin müşayiəti ilə laureatların ənənəvi qala-konsertində çıxış edib.
A.Zeydullayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət