"VTB Bank (Azerbaijan)" müştəriləri üçün əlavə komissiya ödəmədən Rusiyada istifadə üçün nəzərdə tutulan rubl debet kartlarını təklif edir. Bu barədə bankdan məlumat verilib.
“Rubl kart məhsulu Rusiyaya mütəmadi işgüzar və turist səfərləri edənlərin və ya bu ölkədə təhsil alan tələbələrin tələbatı nəzərə alınmaqla işlənib hazırlanıb”, - deyə məlumatda deyilir.
Tələblərinə uyğun olaraq müştərilər “Visa Electron”, “Visa Classic”, “Visa Gold” və “Visa Platinum” rubl kartı əldə edə bilər. Kartlar üzrə minimal müddət 12 ay, maksimal müddət isə 36 ay təşkil edir. Sadalanan bütün kartlarla bankomatlardan pul çıxarmaq, POS-terminal və internet vasitəsilə istənilən ödəmələr etmək mümkün olacaq.
“Həyatı və fəaliyyəti Rusiya ilə sıx əlaqəli olan müştərilərə uyğun məhsul və xidmətlərin hazırlanıb təklif olunması bankımızın strateji inkişaf istiqamətlərindən biridir. “VTB Bank (Azerbaijan)” bütün dünyada geniş şəbəkəyə malik olan VTB qrupun üzvüdür. Bunun sayəsində bankımız müxtəlif ölkələrdə fərqli valyutalarla əməliyyatlar həyata keçirən əhali və iş adamları üçün nəzərdə tutulmuş sərfəli məhsul və xidmətlər təklif edə bilər”, - deyə məlumatda bankın İdarə Heyətinin sədri Yuri Yakovlevin sözlərindən sitat gətirilir.
Sadalanan bütün kartlarla bankomatlardan pul çıxarmaq, POS-terminal və internet vasitəsilə istənilən ödəmələr etmək mümkün olacaq. Bu əməliyyatlar Rusiyada həyata keçirildikdə rubl kartındakı vəsaitdən valyuta konvertasiyasına görə əlavə komissiya silinməyəcək.Bundan başqa, “Bank VTB (Azərbaycan)”ın müştəriləri VTB qrupun güzəşt şəbəkəsinin üstünlüklərindən də yararlana biləcək. Belə ki, “VTB (Azərbaycan)”ın rubl kartlarından Rusiyanın VTB24, “Bank Moskvı” və “Leto Bank” kimi geniş filial şəbəkəsinə malik bankların bankomat və POS-terminalında istifadə edərkən əməliyyatlar üzrə beynəlxalq tariflərlə deyil, bankdaxili tariflərlə xidmət göstəriləcək.
Azərbaycan Mərkəzi Bankı 2008-ci ilin noyabr ayında Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət