2016-cı ilin yanvar ayında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 2,1 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövrü ərzində qeyri-neft sektorunda sənaye məhsullarının istehsalı 0,3% artıb, neft sektorunda 3,5% azalıb.
Yanvar ayında sənaye məhsulunun 62,2%-i mədənçıxarma sektorunda, 28,8%-i emal sektorunda, 8,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Ötən ay mədənçıxarma sektorunda məhsul istehsalı 3,5% azalıb.
Bu dövrdə emal sektorunda qida məhsullarının istehsalı 2,1%, tütün məmulatlarının istehsalı 38,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,9 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 18,8%, poliqrafiya məhsullarının istehsalı 0,4%, metallurgiya məhsullarının istehsalı 6,9%, hazır metal məhsullarının istehsalı 2,1 dəfə, kompyuter, elektron və optik məhsulların istehsalı 5%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,4 dəfə, mebel istehsalı 68,6%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,2 dəfə artıb.
Hesabat ayında kimya sənayesi məhsullarının istehsalı 21,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı 40,6%, tikinti materiallarının istehsalı 53,6%, geyim istehsalı 41,3%, içki istehsalı isə 11,4% azalıb.
Yanvar ayında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində istehsalın həcmi 8,7% azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 0,7% artıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət