İqtisadi siyasət, sənaye və sahibkarlıq üzrə parlament komitəsi 2016-cı ilin dövlət büdcəsinə düzəlişlər layihəsini qəbul edib və sənədi parlamentin plenar iclasında müzakirə etməyi tövsiyə edib.
“İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən verilən məlumata görə, bu qərar komitənin cümə günü keçirilən iclasında qəbul edilib.
Düzəlişlər layihəsini maliyyə naziri Samir Şərifov təqdim edib.
Düzəlişlərə əsasən, 2016-cı il dövlət büdcəsinin gəlirləri 2 mlrd. 256 mln. manat və ya 15,5% - 16 mlrd. 822 mln. manata qədər, xərcləri 13,7% - 18 mlrd. 495 mln. manata qədər artacaq, kəsir 1 mlrd. 673 mln. manat təşkil edəcək.
Gəlirlərin strukturunda Vergilər Nazirliyi üçün planın 6,2% - 7 mlrd. 10 mln. manata qədər, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların 13,8% - 1 mlrd. 810 mln. manata qədər artırılması təklif olunur.
Dövlət Neft Fondundan transfertlər 1 mlrd. 615 mln. manat və ya 26,9% - 7 mlrd. 615 mln. manata qədər artacaq. ARDNF-dən transfertlər cari il üçün dövlət büdcəsinin gəlirlərinin 45,3%-ni təmin edəcək. Dövlət büdcəsinin digər gəlirləri 13 mln. manat artacaq.
Əlavə xərclərin strukturunda sosial tədbirlərin maliyyələşdirilməsinə 1 mlrd. 290 mln. manat yönəldiləcək.
Düzəlişlər nəzərə alınmaqla, ümumilikdə 2016-cı ildə dövlət büdcəsinin xərclərinin 65,5%-ni cari, 24,9%-ni əsaslı xərclər, 9,6%-ni dövlət borcuna xidmətlə bağlı xərclər təşkil edəcək.
Dövlət büdcəsinə edilən düzəlişlərdə neftin bir barelinin qiyməti 25 dollardan hesablanıb, baxmayaraq ki, dövlət büdcəsi neftin bir barelinin qiyməti 50 dollar olmaqla təsdiq edilmişdi.
Parlament düzəlişlər layihəsinə fevralın 23-də keçiriləcək plenar iclasda baxacaq.
2016-cı ildə dövlət büdcəsinin gəlirləri 14 mlrd. 566 mln. manat, xərcləri 16 mlrd. 264 mln. manat, kəsiri 1 mlrd. 698 mln. manat səviyyəsində təsdiq edilmişdi.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət