“Fitch Ratings” beynəlxalq reytinq agentliyi yanacaq-elektrik kompleksi (YEK) sektoru üzrə şirkətlərin reytinqini müəyyən edərkən istifadə etdiyi neft və təbii qazın qiyməti üzrə ehtimalları azaldıb. Bu barədə agentlikdən məlumat verilib.
Bu, agentliyin cari ildə qiymətlərin bərpa olunmasının az ehtimal ediləcəyinə dair rəyini əks etdirir.
“Baza ssenarimiz 2016-cı ildə Brent və WTI markalı neftin bir bareli üçün orta qiymətlərin $35 səviyyəsində olacağını nəzərdə tutur. Bundan başqa, bu il 1 min kubfut təbii qazın (Henry Hub) qiymətinin $2,25 min olacağına əsaslanırıq. Öncə biz neftin bareli üçün orta qiymətin $45 və 1 min kubfut təbii qazın qiymətinin $2,5 min səviyyəsində olacağını gözləyirdik. Əsas ssenari üzrə uzunmüddətli ehtimallarımız dəyişməz qalıb: müvafiq olaraq $65/barel və 1 min kubfut üçün $3,25”, - deyə məlumatda qeyd olunur.
Qiymət ehtimallarının azalması yanvarda OPEK-in gözlənildiyindən daha yüksək hasilatı ilə yanaşı, qışın mülayim keçməsi səbəbindən ehtiyatların toplanması və bu il qlobal iqtisadi böhranın bundan əvvəl proqnozlaşdırılandan daha zəif olacağına dair sübutlarla əlaqədardır. Bu, 2016-cı ilin ikinci yarısında təkliflərin çoxluğunun saxlanacağını ehtimal etməyə əsas verir, lakin onların sayı cari səviyyələrə nisbətən azalacaq və yəqin ki, bazarlar yalnız 2017-ci ildə balansa nail olacaqlar. Agentlikdə hesab edirlər ki, hətta o zaman da yüksək ehtiyatlar qiymətlərin artımının qarşısını alacaq.
“Növbəti bir neçə həftə ərzində reytinqi müəyyən edilən şirkətlərə təsiri qiymətləndirəcəyik. Mənfi reytinq hərəkətləri məhdud likvidliyi olan şirkətlərlə bağlı daha çox ehtimal edilir. Bu likvidlik 2016-2017-ci illərdə bundan əvvəl gözləniləndən daha güclü təsir altında olacaq. Bizim dövri reytinq metodumuz o deməkdir ki, maliyyə baxımından yaxşı mövqelərə və investisiya kateqoriyalı reytinqlərə malik şirkətlərə qarşı hər hansı reytinq fəaliyyəti onların ortamüddətli maliyyə və əməliyyat profilinə əsaslanacaq”,- deyə məlumatda qeyd edilir.
Dövri reytinq o deməkdir ki, agentliyin qiymətləndirmələrinə görə şirkətlər biznes dövriyyəsinin ortasında reytinqlərin müəyyən səviyyəsi üçün nisbətən konservativ göstəricilərə malik olmalı, anlamalıdırlar ki, maliyyə profilləri dövri azalmalarda pisləşəcək.
“Biz şirkətlərin normal dövri mərhələyə qayıdış zamanı cari reytinqlərinə uyğun profilə malik olacaqlarını gözləsək, reytinq fəaliyyəti az ehtimal olunandır. Hazırda neft- qaz şirkətləri üçün biz 2018-ci il üzrə profillərə diqqət yetiririk”, - deyə məlumatda qeyd edilib.
Dövri yanaşma o şərtə əsaslanır ki, şirkət dövrü silsilənin təsirinə davam gətirəcək.
“Biz hazırki məqamı qiymətləndirərək likvidliyə diqqət yetiririk və nəticələrə bizim baza qiymətləndirməmiz əsasında, eləcə də stres ssenarisi üzrə daha konservativ qiymətləndirmələr əsasında baxırıq”,- deyə agentlik bildirib.
“Fitch” həmçinin stress senarisi üzrə qi ymətlərin azalacağını ehtimal edir, indi neftin bir barelinin qiyməti 25 dollar səviyyəsindədir, daha sonra uzunmüddətli perspektivdə qiymət 40 dollara qədər yüksələcək. Bu qiymət dəyişmələri daha əvvəl yanvar ayında azalma istiqamətində dəyişib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət