Rusiyanın Türkiyə və Ukraynadan gətirilən mallara sanksiyalar tətbiq etməsi ilə əlaqədar yüklərin Qazaxıstana gətirildiyi əsas marşrutlar dəyişdiriləcək. Bu barədə Qazaxıstanın “Atameken” Milli Sahibkarlar Palatasının (MSP) mətbuat xidməti məlumat verir.
Məlumata əsasən, “Atameken” Milli Sahibkarlar Palatasının Rəyasət Heyətinin sədri Timur Kulibayev “Qazaxıstan Dəmir Yolları” SC-nin prezidenti, MSP-nin Logistika və Daşımalar Komitəsinin sədri Askar Maminin hesabatını dinləyib. “Rusiyanın Türkiyə və Ukrayna mallarına sanksiyalarını genişləndirməsindən yaranmış vəziyyəti nəzərə alaraq malların tarixən formalaşmış dəmir yolu, avtomobil yolları ilə nəqli bu gün yeni marşrutlarla əvəz olunur”,- deyə A.Mamin bildirib.
“2015-ci ilin dekabr ayında Rusiyanın sanksiyalar tətbiq etməsi nəticəsində yerli malların nəqli Bakı və Aktau Limanları vasitəsi ilə həyata keçirilir. Bununla əlaqədar olaraq bərələrlə daşımaların həcmi artıb. Belə ki, təkcə yanvar ayı ərzində Aktau limanı vasitəsi ilə 569 avtomobil nəqliyyat vasitəsi keçib ki, bu da ötən illə müqayisədə daşımaların həcmini 10 dəfədən çox üstələyir (2015-ci ilin yanvar-noyabr aylarında Bakı-Aktau marşrutu üzrə 868 avtomobil nəql edilib), - deyə o qeyd edib.
Komitə sədrinin sözlərinə görə, hazırda MSP Gürcüstan, Azərbaycan, Aktau limanı, eləcə də Türkiyə vasitəsi ilə dəmir yolları və avtomobil yollarına, eləcə də Türkiyə-İran-Türkmənistan və Özbəkistan avtomobil yollarına alternativ yolların axtarışı üzərində işləyir.
Daşıma şərtlərinin sadələşdirilməsi üzrə tədbirlər həyata keçirilib.
“Aktau limanında keçid prosedurlarının sürətləndirilməsi və sadələşdirilməsi məqsədi ilə Maliyyə, Kənd Təsərrüfatı, Milli İqtisadiyyat, İnvestisiyalar və İnkişaf nazirlikləri, Milli Təhlükəsizlik Komitəsinin birgə fərmanı ilə qaydalar təsdiq edilib. Bu qaydalara əsasən, nəzarət “bir pəncərə” prinsipi ilə həyata keçiriləcək və bir nəqliyyat vasitəsinin sənədlərinin yoxlanılması 2 dəqəqdən çox vaxt aparmamalıdır. Həmçinin MSP Aktau limanı ilə birgə ilkin məlumatlandırma prosedurunu tətbiq etmək üzərində işləyir. Bu iş Türkiyə, Maliyyə Nazirliyi Dövlət Gəlirləri Komitəsi, Aktau və Bakı limanları ilə birlikdə həyata keçirilir”,- deyə A.Mamin qeyd edib.
Xəbər verildiyi kimi, RF yanvarın 1-də Ukraynadan Qazaxıstana gələn malların Rusiya ərazisindən tranzitinə məhdudiyyət qoyub. Yüklər Belarus ərazisindən, Berlarus-RF sərhədində 2, RF və Qazaxıstan sərhədində 3 buraxılış məntəqəsindən keçməlidir.
Tranzit məhdudiyyətləri Rusiyanın 2016-cı ilin əvvəlində Ukraynaya qarşı azad ticarət zonası rejimini ləğv etməsi və ərzaq embarqosu qoymasından sonra başlayıb, Ukrayna hakimiyyəti də RF-yə qarşı eyni ticarət sanksiyaları tətbiq edib.
Noyabrın 28-də RF prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, yanvarın 1-dən RF ərazisinə Türkiyədən meyvə və tərəvəz, dondurulmuş toyuq və hind quşu əti, duz və mixək gətirilməsi müvəqqəti olaraq qadağan edilib.
RF bu sanksiyaları noyabrın 24-də Moskvaya məxsus Su-24 təyyarəsinin Türkiyə-Suriya sərhədində Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulmasından sonra Moskva və Ankara arasında yaranmış gərginlik fonunda tətbiq edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət