Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə Şahbuz rayonunun Daylaqlı kəndində tam orta məktəb, kənd mərkəzi və xidmət mərkəzinin açılış mərasimi olub.
“Ölkəmizdə təhsilə böyük diqqət göstərilir, bu sahənin maddi-texniki bazası möhkəmləndirilir. Çünki təhsil hər bir ölkənin gələcəyidir. Bu gün istifadəyə verilən Daylaqlı kənd tam orta məktəbi də ölkəmizin gələcəyinin təmin olunması sahəsində görülən işlərin davamıdır”,- deyə V.Talıbov kənd məktəbinin yeni binasının açılış mərasimində bildirib.
“Ölkəmizin hər yerində məktəblər tikilir, şagirdlərin yaxşı təhsil alması üçün müasir tədris şəraiti yaradılır, müəllim əməyi qiymətləndirilir. Bu gün istifadəyə verilən Daylaqlı kənd tam orta məktəbində də həm şagirdlər, həm də müəllimlər üçün lazımi şərait vardır”,- deyə o qeyd edib.
Məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirən Ali Məclisin sədri bunu tədrisin düzgün təşkilinin nəticəsi kimi dəyərləndirib: “Daylaqlı kənd tam orta məktəbinin müəllim və şagirdləri yaradılan şəraitdən düzgün istifadə etməli, tədrisə və təlim-tərbiyəyə ciddi diqqət yetirilməli, müəllim hazırlığı lazımi səviyyədə olmalıdır. Əgər müəllim hazırlığı lazımi səviyyədədirsə, onda məktəbdə şagird hazırlığı, təhsilin səviyyəsi də yüksək olacaq, nailiyyətlər artacaq”.
Ali Məclisin sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb, onları yeni məktəbin istifadəyə verilməsi münasibətilə bir daha təbrik edib. Sonra o, Şahbuz rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan 16 şagirdə kompüter hədiyyə edib, məktəb binasında yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, üçmərtəbəli məktəb binası 168 yerlikdir. Burada 14 sinif otağı, o cümlədən 3 elektron lövhəli sinif, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Kompüter otağında 13 kompüter dəsti quraşdırılıb və internetə qoşulub, elektron lövhəli siniflər lazımi multimedia sistemləri və elektron dərsliklərlə təchiz olunub.
İki mərtəbədən ibarət olan binada dövlət qurumları üçün nümunəvi iş şəraiti yaradılıb. Mərkəzdə rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün iş otaqları, klub və iclas zalı vardır. Kitabxanada 4630 ədəbiyyat oxucuların istifadəsinə verilib. Rabitə evində poçt bölməsi yaradılıb, dövri mətbuat, internet və danışıq kartlarının satışı təşkil olunub. Fiber-optik xəttin çəkilməsi və yeni ATS-in qurulması Daylaqlı və Kiçikoba kəndlərinin əhalisinə keyfiyyətli rabitə və sürətli internet xidmətinin göstərilməsinə imkan verir.
Daylaqlı kəndində istifadəyə verilən yeni xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Burada 5 nəfər işlə təmin olunb.
Kənddə avtomobillərin rahat hərəkəti təmin olunub, 4 kilometrlik kənddaxili yollar yenidən qurulub, 7 su keçidi qoyulub, beton kanal çəkilib. Rabitə və elektrik təchizatının yaxşılaşdırılması məqsədilə 1100 metr məsafədə fiber-optik, 1270 metr rabitə və 3 kilometr yeni elektrik xətti çəkilib.
Q.Hüseynova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət