Azərbaycanın Suriya böhranı üzrə mövqeyi Rusiya və İranın mövqeyi ilə eyni deyil. Xarici işlər nazirinin müavini Araz Əzimov ANS telekanalına müsahibəsində belə söyləyib.
“Mən belə deməzdim. Ümumiyyətlə, orda vəziyyət çox mürəkkəbdir, gərgindir və birmənalı deyil”, - deyə A.Əzimov Azərbaycanın Suriya böhranı üzrə mövqeyinin Rusiya və İranın mövqeyi ilə üst-üstə düşməsi barədə sualı cavablandırıb.
O bildirib ki, rəsmi Bakı Suriya məsələsində bir neçə prinsipləri əsas götürür.
“Birincisi, Azərbaycan Suriyanın ərazi bütövlüyünün təmin edilməsinə tərəfdardır. Bu, Azərbaycan üçün vacib məsələlərdən biridir. İkincisi, orada əmin-amanlıq yaradılmalıdır, daha sonra bütün tərəflərin iştirakı ilə siyasi proses təmin edilməlidir. İndiki şəraitdə bu siyasi prosesin aparılması mümkün deyil. Buna görə də davamlı barışığa nail olmaq lazımdır. Bizim üçün Suriyanın Türkiyə ilə sərhədlərinin təhlükəsizliyi məsələsi də çox vacibdir”, - deyə nazir müavini qeyd edib.
“Bəşər Əsəd hakimiyyətdən getməlidir, yoxsa qalmalıdır”, - sualını cavablandıran nazir muavini bildirib ki, son zamanlar bu sual çox sadələşmiş formada verilir.
“Bu sual çox sadələşmiş formada verilir. Bu, ola bilməz. Bəşər Əsədin hakimiyyətdən getməsi bir neçə il əvvəl nəzərdə tutulurdu, lakin o, hələ də hakimiyyətdə qalır. Bir tərəfdən o, öz siyasi iradəsini, digər tərəfdən siyasi rəhbər kimi qüvvəsini nümayiş etdirir. Bir faktı nəzərə almaq lazımdır ki, Bəşər Əsəd hələ ki, var. Bəşər Əsəd oradan getməyib. Orada vəziyyət belədir ki, onun getməsi məsələni həll etməz. Bunu nəzərə almaq lazımdır”, - deyə A.Əzimov qeyd edib.
“Bəşər Əsədi dəstəkləyən qüvvələr, onu dəstəkləyən ordu var. Demək olmaz ki, Suriyada hamı Bəşər Əsədin əleyhinədir. Onu dəstəkləyən qüvvələr var”,- deyə o əlavə edib.
F.İsazadə
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət