“Fitch-Ratings” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının uzunmüddətli defolt emitenti reytinqini “BB” səviyyəsində saxlayıb. Agentliyin eyni vaxtda bu istiqamətdə qiymətləndirməsini apardığı digər iki Azərbaycan bankı kimi ABB-nin reytinq üzrə proqnozu da neqativ göstərilib.
Bu, isə “Fitch-Ratings”in dünya bazarında neftin qiymətinin ucuzlaşması amilini nəzərə alaraq ölkənin uzunmüddətli defolt emitenti və suveren reytinqində etdiyi 26 fevral 2016-cı il tarixli dəyişikliklərlə bağlıdır.
Verilmiş reytinqlərin şərhi bölməsində Azərbaycan hökumətinin ABB-ə dəstəyi davam etdirdiyi bildirilib. Bu da Bankın sistem əhəmiyyətliliyi, onun aktivlərinin ölkə üzrə ümumi bank aktivlərinin 35%-i təşkil etməsi və s. bu kimi məqamlarla əsaslandırılıb. Bankın sağlamlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, dövlətin dəstəyi ilə sağlamlaşdırılma tədbirləri 2016-cı ildə də davam etdiriləcəyi təqdirdə bankın reytinqləri yüksələ bilər.
Qeyd edək ki, son illər ərzində “Fitch-Ratings”-in Azərbaycan Beynəlxalq Bankına verdiyi müvafiq reytinq ölkə reytinqindən iki pillə geri qalırdı. Agentliyin Bankın reytinqinin eyni səviyyədə saxlanması barədə son qərarından sonra isə bu fərq bir pilləyə qədər azalmış oldu ki, bu da ötən aylar ərzində Azərbaycan Beynəlxalq Bankında aparılmış sağlamlaşdırma tədbirlərinin ilkin müsbət nəticələrindən biri kimi nəzərdən keçirilə bilər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət