Trans-Adriatik qaz kəmərinin (TAP) quru hissəsinin tikintisi 3,5 il ərzində başa çatacaq. Bu barədə TAP-ın icraçı direktoru Yen Bredşou layihənin video təqdimat mərasimində söyləyib.
O bildirib ki, TAP layihəsinin ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən keçir, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i İtaliya ərazisindən keçəcək. Boru kəmərinin quru hissəsinin diametri Yunanıstan və Albaniya ərazisində 48 düym, dənizdə və İtaliya ərazisində isə 36 düym təşkil edir.
“Yunanıstan, Albaniya və İtaliyada TAP kəmərinin quru hissəsinin tikintisi 2016-cı ildə başlayacaq və 3,5 il ərzində başa çatacaq. Qaz kəmərinin dəniz hissəsinin tikintisi 2017-2018-ci illərdə həyata keçiriləcək. 2019-cu ildə isə ümumilikdə qaz kəmərinin istismara verilməsi üzrə işlər həyata keçiriləcək”,- deyə Y.Bredşou qeyd edib.
Trans-Adriatik kəməri ilə qaz nəqlinə başlanma müddəti barədə danışan Y.Bredşou deyib ki, TAP konsorsiumunun planları “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağının işlənməsi planları ilə tamamilə razılaşdırılıb.
“TAP kəməri ilə qaz nəqli 2020-ci ilin əvvəlində başlayacaq. Bu qaz kəməri ildə 10 mlrd. kubmetr qaz nəqli üçün nəzərdə tutulub. Lakin kəmərin dizaynı çevikdir. Biri Yunanıstanda, digəri Albaniyada olmaqla və iki kompressor stansiyası əlavə edilməklə, biz kəmərin ötürmə qabiliyyətini ildə 20 mlrd. kubmetrə qədər artıra bilərik”,- deyə bildirib.
“TAP Avropa üçün strateji eneji layihəsidir. O, Yunanıstan, Bolqarıstan və İtaliya kimi ölkələrdə qaz tədarükü mənbələrinin diversifikasiyasını və enerji təhlükəsizliyini artıracaq. Bu qaz kəməri Avropaya Xəzər dənizindən yeni qaz mənbələri verəcək və biz ümid edirik ki, bu əlavə qaz qiymətlərin azalmasına da səbəb olacaq”,- deyə Y. Bredşou qeyd edib.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Azərbaycan qazının bu kəmərlə nəqlinə 2020-ci ilin əvvəlində başlanması nəzərdə tutulur.
TAP-ın digər səhmdarları ARDNŞ (20%), BP (20%), “Fluxys” (16%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
Trans-Adriatik qaz kəmərinin tikintisinə 2016-cı ilin sonunda başlamaq planlaşdırılıb.
N. Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət