Martın 17-dəMərkəzi Elmi KitabxanadaAMEA Rəyasət Heyətinin nəzdində təsis edilmişAlimlər evinin açılış mərasimi baş tutub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək Alimlər evinin yaradılması ilə bağlı təklifin Akademiyanın həm gənc, həm də yaşlı nəsli tərəfindən irəli sürüldüyünü, bu məsələnin hər zaman diqqət mərkəzində olduğunu bildirib.
Akademik A.Əlizadə diqqətə çatdırıb ki, Alimlər evi Akademiyanın elmi innovasiya nailiyyətlərinin və müasir dövrdə multikulturalizm ənənələrinin cəmiyyətdə təbliği, elmi əməkdaşların yaradıcılıq fəallığının artırılması və mədəni-mənəvi inkişafının qorunması istiqamətində fəaliyyətin həyata keçirilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 10 fevral 2016-cı il tarixli qərarı ilə yaradılıb.
Bildirilib ki, Alimlər evi tanınmış dövlət və ictimai xadimlərlə görüşlər keçirmək, alimlərin elmi, ictimai, ölkədaxili və beynəlxalq həyatda baş verən hadisələrin müzakirəsi və informasiya mübailəsi aparmaları üçün şərait yaratmaq kimi işləri həyata keçirəcək.
Həmçinin qeyd edilib ki, alimlər və onların ailələrinin mədəni istirahətini təşkil etmək üçün kütləvi mədəni tədbirlər, konsertlər, tamaşalar, sərgi və film nümayişləri və s. təşkil olunacaq Elmin nüfuzunun artırılması və gənc nəslin elmə marağının yüksəldilməsi məqsədi ilə Alimlər evində olimpiada, viktorina, yarış, müsabiqə, disput, festival və mühazirələrin keçirilməsi nəzərdə tutulur.
Tədbirdə çıxış edənABŞ-ın Merilənd Universitetinin fəxri professoru, Şərq-Qərb Kosmik Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə elmlər doktoru Roald SaqdeyevAlimlər evinin açılışı münasibəti ilə AMEA əməkdaşlarını təbrik edib, qurumun alimlər arasında dostluq və səmimiyyəti daha da artıracağına əminliyini bildirib. Sonra isə qonaq elmi-populyar təqdimatla çıxış edib.
Tədbir bədii-musiqili proqramla davam edib.
A.Zeydullayeva
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət