Asiya İnkişaf Bankı (AİB) 2016-cı il üçün Azərbaycanda ÜDM-in azalmasını 1% səviyyəsində proqnozlaşdırır. Bu barədə çərşənbə günü bankın saytında dərc edilmiş “Asian Development Outlook 2016” icmalında qeyd olunur.
AİB-in proqnozlarına əsasən, 2017-ci ildə Azərbaycanda ÜDM-in artımı 1% təşkil edəcək.
“Proqnozlara görə, 2016-cı ildə neftin ucuzlaşması və güclü maliyyə stimullaşdırılmasının olmaması ilə əlaqədar Azərbaycan iqtisadiyyatı 1% azalacaq. 2017-ci ildə neftin qiymətinin bir qədər artımı fonunda artım 1% təşkil edəcək”, - deyə icmalda qeyd edilir.
Bankın qiymətləndirməsinə əsasən, neftin ucuz qiymətləri Azərbaycanın fiskal siyasəti üçün ciddi problemdir, çünki gəlirlər neft sektorundan vergi daxilolmaları və Dövlət Neft Fondundan (ARDNF) transfertlərdən son dərəcə asılıdır.
AİB 2016-cı ildə Azərbaycanda inflyasiyanın 12%-dək sürətlənməsini, 2017-ci ildə 5,2%-dək ləngiməsini proqnozlaşdırır.
AİB 2016-cı il üçün Azərbaycanda tədiyyə balansının kəsirini ÜDM-in 0,6%-i səviyyəsində, 2017-ci il üçün profisiti ÜDM-in 1,5%-i səviyyəsində proqnozlaşdırır.
2016-cı ildə Azərbaycan hökuməti ÜDM-in artımını 1,8%, orta illik inflyasiyanı 12,1% səviyyəsində proqnozlaşdırır.
2015-ci ildə Azərbaycanda ÜDM 1,1% artıb, inflyasiya 4% təşkil edib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət