Hazırda Azərbaycan inkişaf strategiyasını yeni tarixi şəraitdə həyata keçirir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev belə hesab edir.
"Azərbaycan hökuməti hazırda inkişaf strategiyasını yeni tarixi şəraitdə həyata keçirir. Bu milli strategiya müvafiq yaradıcı məzmunla zəngindir. Dünya intensiv dəyişir və buna görə də onun dərk edilməsi üçün yeni yanaşmalar, milli maraqların qorunması və dövlətin gələcəkdə davamlı inkişafını, xalqın maddi və mənəvi ehtiyacını təmin etmək üçün isə yeni qərarlar tələb edir”, - deyə R.Mehdiyev gələcək kitabında qeyd edir. Kitabdan parçalar rəsmi mətbuatda dərc edilir.
Onun sözlərinə görə, Azərbaycanın gücü və gələcəyi bu strategiyanın həyata keçirilməsindədir.
"Bu gün Azərbaycan heç kimdən asılı deyil və heç kimə ümid etmir", - deyə o vurğulayıb.
R.Mehdiyev hesab edir ki, hazırda Azərbaycanda sabitlik onun güclü olması hesabına təmin edilir, lakin ölkəmiz bütün dövlətlərlə bərabər əməkdaşlığa yönəlib. "Azərbaycan cəmiyyəti Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli, xalqın rifahı, insanların həyat şəraitinin yaxşılaşdırılması, regionda sülhün bərqərar olması və dünya birliyinin üzvü olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması ümidlərini güclü və nüfuzlu dövlətlə əlaqələndirir", - deyə o bildirib.
Prezident Administrasiyasının rəhbəri vurğulayır ki, Azərbaycanda dövlət hakimiyyətinin daha da möhkəmləndirilməsi milli ideyanın müasir şəraitdə həyata keçirilməsinə zəmanət verir. "Eyni zamanda, dövlət hakimiyyətinin fəallaşması zərurəti həm də cəmiyyətdə sabitliyin qorunub saxlanmasının vacibliyi, o cümlədən xüsusi milli problemləri (Ermənistan tərəfindən işğal olunmuş 20% ərazi, ölkənin təbii resurslarını ələ keçirmək cəhdlərinə qarşı mübarizə) həlli biləcək siyasi hakimiyyətin sabitliyinin qorunması ilə şərtlənib"- deyə o bildirib. Onun sözlərinə görə, dövlətin yürütdüyü hücum siyasəti geosiyasi məqamlar, Qərbin “ikili standartlar" siyasəti, eləcə də müasir dünyada ciddi problemlərin olması ilə əlaqədardır. "Beləliklə, güclü dövlət ideyası ölkəmizin hazırkı inkişaf mərhələsinin obyektiv tələbindən, dövlət qarşısında duran və öz həllini tələb edən çətin tapşırıqlardan irəli gəlib", - deyə R.Mehdiyev vurğulayıb.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət