Dünyada hökm sürən çətin iqtisadi şəraitə baxmayaraq, investorlar Azərbaycan iqtisadiyyatına sərmayə qoymaqda davam edirlər
Yerli və xarici investorlar Azərbaycana etibar edir və dünyada hökm sürən çətin iqtisadi şəraitə baxmayaraq, ölkə iqtisadiyyatına sərmayə qoymaqda davam edirlər. Bu barədə prezident İlham Əliyev bəyan edib.
"Neft qiymətlərinin kəskin şəkildə ucuzlaşması dünya və Azərbaycan iqtisadiyyatında stresə səbəb oldu. Hazırda biz xərclərə daha qənaətlə yanaşırıq. Çətin vəziyyətə baxmayaraq, yerli və xarici investorlar bizə etibar edir və ölkə iqtisadiyyatına sərmayə qoymaqda davam edirlər", – deyə İ.Əliyev “Caspian Oil & Gas 2016” sərgi və konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinə və neft-qaz sektorundan asılılığın azaldılmasına yönəlib. "Bu istiqamətdə çox iş görülməlidir ", - deyə o əlavə edib.
Dövlət başçısı qeyd edib ki, 2016-cı il Azərbaycan üçün sınaq ili oldu. “Neft istehsal edən bütün ölkələr neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən əziyyət çəkir. Bizim üçün 2016-cı il sabitlik ili olmalıdır, 2017-ci ildən isə yenidən inkişaf etmək və irəli getmək lazımdlr. İndi yeni mərhələ başlayır. Məqsədimiz Azərbaycan xalqının dünyada iqtisadi böhranın nəticələrindən əziyyət çəkməməsinə nail olmaqdır. Buna görə də sosial layihələr həyata keçiririk”, - deyə o söyləyib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət