Azərbaycanda siyasi partiyaların şəffaflığının təmin edilməsi çox böyük əhəmiyyət kəsb edir. Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
«2000-ci illərin əvvəllərindən ötən dövr ərzində siyasi partiyaların fəaliyyətində mühüm müsbət irəliləyişlər müşahidə edilir. Bu, çox vacibdir, çünki onlar ölkənin ictimai-siyasi həyatında vacib rol oynayır», - deyə M.Pənahov bu gün Avropa Şurasının təşkilatçılığı ilə keçirilən “Siyasi partiyaların maliyyələşməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatının təqdim edilməsi” mövzusunda seminarda bildirib.
Seminar Avropa Şurası və Avropa İttifaqının birgə həyata keçirdiyi “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsi çərçivəsində təşkil edilib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 55 siyasi partiya fəaliyyət göstərir.
«Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə çoxpartiyalılıq sistemi formalaşmağa başladı. Bu gün bu sistem işkişaf etməkdə davam edir. Bu baxımdan biz Qərb dəyərlərini tətbiq etməyə çalışırq”, - deyə MSK sədri vurğulayıb.
M.Pənahov qeyd edib ki, MSK siyasi partiyalarla fəal əməkdaşlıq edir.
«Sivil dünyada hakimiyyət seçkilərin keçirilməsi yolu ilə formalaşır. Buna görə də siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır, çünki onlar hakimiyyət uğrunda mübarizə aparır. Əhali də onlara etibar etməlidir. Bu səbəbdən siyasi partiyaların şübhə doğuranmənbələrdən maliyyələşməsinə yol vermək olmaz», - deyə o bildirib.
MSK sədrinin sözlərinə görə, siyasi partiyaların fəaliyyəti xalqın maraqlarınımüdafiə, müstəqillik və ərazi bütövlüyünü təmin etməlidir. “Siyasi partiyaların şəffaflığının təmin edilməsində məqsəd hakimiyyətin təsadüfi insanların əlinə keçməməsi, onların isə xarici qüvvələrin əlində oyuncağa çevrilməməsidir”, - deyə o söyləyib.*
M.Pənahov vurğulayıb ki, MSK-nın bu istiqamətdə AŞ və Aİ Azərbaucanda siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsində böyük əhəmiyyətə malikdir.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət