Rusiyanın ədliyyə naziri Aleksandr Konovalov Azərbaycanla hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu qeyd edir.
"Hüquqi əlaqələri genişləndirmək üçün böyük perspektivlərimiz var”, – deyə o, Bakıda Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovla görüşdə bildirib.
O, təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini qeyd edib.
F.Məmmədov Ədliyyə nazirliklərinin ən intensiv qarşılıqlı fəaliyyət göstərdiyini, o cümlədən vətəndaşların məmnunluğuna xidmət edən hüquqi yardım üzrə iş həcminin artdığını vurğulayıb.
Onun sözlərinə görə, Bakı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin inkişafı çərçivəsində hüquqi əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir.
F.Məmmədov qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında əlaqələr bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahədə uğurla inkişaf edir. 2001-ci ildə Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş imzalanaraq hüquqi əməkdaşlığın genişləndirilməsinə təkan verilib, müqavilə-hüquq bazası möhkəmləndirilib.
Nazir rusiyalı həmkarına pezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları barədə məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda hakimlərin seçimi Avropada örnək kimi dəyərləndirilir. F.Məmmədov həmçinin ədliyyə, o cümlədən penitensiar sistemin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının genişləndirilməsi üzrə və digər görülən işlərdən danışıb.
Görüşdə qarşılıqlı fəaliyyətin gələcək prioritetləri müzakirə olunaraq birgə tədbirlərin keçirilməsinə dair razılığa gəlinib.*
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət