Leysan yağışlar və dolu Azərbaycanın bir sıra şimal-qərb rayonlarına ciddi ziyan vurub. Bu barədə yerli mətbuat məlumat verir.
Belə ki, iyunun 12-də dağlardan gələn sel bir neçə saat ərzində həyətyanı sahələrə, mənzillərin zirzəmilərinə, tövlələrə dolub, bostan və otlaq sahələrinə ciddi ziyan vurub. Göyçay rayonunda kənd sakinlərinə məxsus ev quşlarını, meyvə ağaclarını, xırda buynuzlu heyvanları və minik avtomobilini sel aparıb.
Rayonun Yekəxana, Şahsoltanlı, Qaraməryəm, İnçə, Qarayazı kəndlərində beton və metal suötürücüləri, eləcə də su arxları üzərindəki körpülər dağılıb. Həmçinin, sel suları Dəvəbatan çayı, Aşağı Qaraməryəm və İnçə kəndləri ərazisindən keçən xırda dağ çayları üzərindəki körpüləri də dağıdıb.
Güclü sel səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qaraməryəm kəndi ərazisindən keçən hissəsi bağlı qalıb.
Şamaxıda da güclü yağışdan sonra əmələ gələn sel suları rayonda fəsadlar törədib. Kənd təsərrüfatlarına, əkin sahələrinə, taxıl və otlaq sahələrinə xeyli ziyan dəyib, xırda buynuzlu heyvan və ev quşu tələf olub.
Rayonun Dəmirçi, Zaratxeybəri və Səfalı kəndlərinə gedən yolda, çayın uzərində yerləşən körpüləri sel aparıb. Buna görə də kəndlərin rayon mərkəzi ilə avtomobil əlaqəsi kəsilib.
Təbii fəlakət İsmayıllı rayonunda 10 kəndə də ciddi ziyan vurub.Dağlardan gələn sel Kürdmaşı, Quşencə, Qarakolluq, Balik, Talış, Enişdibi, Təzəkənd, Aşıqbayramlı kəndlərində həyətyanı sahələrə və mənzillərin zirzəmilərinə dolub. Meyvə bağlarına, üzüm və taxıl sahələrinə, mal-qaraya ziyan dəyib. Həmçinin qaz və elektik ötürücü xəttlər sıradan çıxıb.
Sel nəticəsində bu günlərdə istifadəyə verilən Qaraməryəm-İsmayıllı avtomobil yolunun bir hissəsi dağılıb. Körpünün dağılması ilə əlaqədar bir neçə yaşayış məntəqələri ilə rayon mərkəzi arasında əlaqə kəsilib. Oğuz-Qəbələ-Bakı su kəmərində də təhlükə yaranıb.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və ağır texnika cəlb olunub. Fövqəladə Hallar Komissiyası tərəfindən rayona dəymiş ziyan dəqiqləşdirilir. **
F.İsazadə
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət