BMT Təhlükəsizlik Şurası ABŞ-ın Orlando şəhərində baş verən hücumu terror aktı adlandırıb. Bu barədə beynəlxalq təşkilatın saytında yerləşdirilən mətbuat üçün bəyanatında deyilir.
TŞ üzvləri həlak olanların ailələrinə başsağlığı veriblər və ABŞ hökuməti və xalqı ilə həmrəy olduqlarını bildiriblər.
“Təhlükəsizlik Şurasının üzvləri 12 iyun 2016-ci il tarixində ABŞ-ın Florida ştatı Orlando şəhərində 49 nəfərin ölümü və 53 nəfərin yaralanması ilə nəticələnən terror aktını kəskin şəkildə qınayırlar”, - deyə bəyanatda bildirilir.
TŞ üzvləri bir daha təsdiq ediblər ki, “terrorçuluq bütün forma və təzahürlərdə beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir”. Onlar BMT Nizamnaməsinə uyğun olaraq terrorçuluqla bütün vasitələrlə mübarizənin zəruriliyi barədə bəyan ediblər.
“İstənilən terror aktları, səbəblərindən və kim tərəfindən törədildiyindən asılı olmayaraq, cinayətdir və özünü doğrultmur”, - deyə BMT TŞ-nın bəyanatında vurğulanır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət