Azərbaycan Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti Türkiyə üzrə yeni monitorinqin təyin olunmasına qarşı çıxış edir.
“Biz Türkiyəni dəstəkləməliyik, cəzalandırmamalıyıq. Türkiyə nəinki bu ölkədə yaşayanlar, həm də bütövlükdə Avropa üçün əlindən gələni edir”, - deyə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın yay sessiyasında Türkiyə üzrə AŞ-nın yeni monitorinqinin keçirilməsinə dair səslənən təkliflərə münasibət bildirərkən qeyd edib.
O vurğulayıb ki, Türkiyə Suriya və digər dövlətlərdən olan milyonlarla qaçqının problemlərinin həllinə böyük töhfə verir.
“Praktiki olaraq, Türkiyə müharibə şəraitində yaşayır. Biz Avropa Şurasında Suriya və digər regionlardan qaçqınların saxlanmasına Türkiyənin $10 mlrd.-a yaxın vəsaitin xərcləməsi faktını nəzərə alıb və qəbul etməliyik. Türkiyə şəhərlərinin küçələrində hər gün partlayışlar, atışmalar, qətllər törədilir. Misal üçün, bu cür vəziyyətin mövcud olduğu digər Avropa ölkəsinə qarşı demokratik təsisatların fəaliyyət göstərməsi məsələsinin müzakirəsini təsəvvür etmək mənim üçün çətindir. Bu məqamı mütləq nəzərə almaq lazımdır”, - deyə S.Seyidov vurğulayıb.
O, Avropa dəyərlərinin tətbiqi məsələsində Ankaraya yardım göstərilməsi zərurətini qeyd edib.
“Biz Avropa dəyərlərini Türkiyədə tətbiq etmək üçün əlimizdən gələni etməliyik ki, bu zalda cari vəziyyətə dair ağlasığmaz şərhlər səslənməsin. Demokratik təsisatların fəaliyyətinə həsr olunan məruzəni gözdən salmaq, mahiyyətini azaltmaq cəhdləri həyata keçirilir. Həmçinin məruzəyə Türkiyədə yenidən monitorinqin aparılmasına dair düzəliş də təklif olunur. Lakin bu məruzənin mövzusu deyil. Mən dostlar və həmkarlardan bunun çox vacib məsələ olduğunu nəzərə almalarını xahiş edirəm”, - deyə S.Seyidov vurğulayıb. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət