“Azneft” İstehsalat Birliyi (SOCAR-ın hasilat və qaz üzrə törəmə strukturu) 2017-ci ildə 88 yeni quyunun qazılmasını planlaşdırır. Bu barədə Azərbycan Dövlət Neft Şirkətinin saytında məlumat verilir.
Cümə axşamı “Azneft”-in baş direktoru Daşqın İskəndərovun iştirakı ilə İB-də 2017-ci ilin iş proqramı müzakirə olunub.
“Proqrama əsasən, 2017-ci ildə 88 yeni quyunun qazılması, 89 quyuda qazma işlərinin başa çatdırılması, 45 yeni obyektin istismara verilməsi nəzərdə tutulur”, - deyə məlumatda qeyd edilir.
Bundan başqa, Birliyin baş direktorunun müavini, baş geoloq Ədalət Eminov çıxışında qeyd edib ki, cari ilin sonuna kimi “Qoşadaş” strukturunda kəşfiyyat işləri yekunlaşacaq, müsbət nəticə əldə edilərsə, qazma işlərinə başlanılacaq. “Eləcə də gələn il “Bulla-dəniz” yatağında seysmik-kəşfiyyat işlərinin genişləndirilməsi nəzərdə tutulur”, - deyə Ə.Eminov vurğulayıb.
Həmçinin müşavirədə hasilatın stabilləşdirilməsi sahəsində görüləcək işlərdən, qarşıya qoyulmuş tapşırıqların icrasından, tətbiq ediləcək yeni texnologiyalardan, proqnozlaşdırılan kapital qoyuluşları məsələləri müzakirə olunub.
D.İskəndərov iş proqramının daha da təkmilləşdirilməsi üzrə tapşırıq və tövsiyələrini verib.
Hazırda “Azneft” İB tərəfindən 18 onşor və 13 dəniz neft-qaz yatağının istismarı həyata keçirilir.
2015-ci ildə “Azneft” 6 mln. 778 min ton neft və 6,1 mlrd. kubmetr qaz istehsal edib.
2016-cı ildə neft hasilatı 6,3 mln. ton, 2017-ci ildə 6,4 mln. ton, 2018-ci ildə 6,5 mln. ton səviyyəsində proqnozlaşdırılır.
2016-cı ildə qaz hasilatı illik 5,6 mlrd. kubmetr, 2017-2018-ci illərdə 5,8 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət