Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycanın aqrar məhsullarının Rusiyaya ixracında heç bir maneə olmadığını bildirir.
“Son 3 gündə - iyun ayının 21-dən 24-ə qədər pomidor, badımcan, qarpız, gilas, kök, ərik yüklü 52 vaqon və 161 yük avtomobili maneəsiz olaraq Azərbaycandan Rusiyaya yola salınıb”, - deyə bəzi kütləvi informasiya vasitələrində iyun ayı ərzində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Agentliyi tərəfindən Azərbaycandan bu ölkəyə 238 kq meyvə və giləmeyvənin idxalına qadağa qoyulması barədə yayılmış məlumatı şərh edərkən bildirib.
DGK-nın məlumatında qeyd olunur ki, əl yükləri ilə aparılan cüzi miqdarda kənd təsərrüfatı məhsullarının ixracına Rusiyanın müvafiq orqanları tərəfindən qadağa qoyulub ki, buna səbəb də həmin məhsullara verilən müvafiq sənədlərin qarşı tərəfə təqdim olunmamasıdır.
Xəbər verildiyi kimi, iyunun 9-da Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlərin aradan qaldırılmasına dair iki ölkənin gömrük xidmətləri arasında razılıq əldə olunub.
Məsələnin həlli istiqamətində razılıq Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi ilə apardığı müzakirələrdən sonra əldə edilib.
Qeyd edək ki sön dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiya Federasiyasına göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması və ya sərhəddə saxlanılması halları müşahidə olunurdu. Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirirdi. Nəticədə isə qonşu ölkəyə ixrac olunan kənd təsərrüfatı malları ya geri qaytarılır, ya da uzun müddət sərhəddə yubadıldığı üçün məhsul keyfiyyətini itirirdi. *
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət