Türkiyənin baş naziri Binəli Yıldırım hesab edir ki, Atatürk hava limanında törədilən hücumun arxasında İŞİD durur. Bu barədə çərşənbə günü CNN telekanalı məlumat verib.
Associated Press agentliyinin məlumatına görə, baş nazir qeyd edib ki, hücum məhz Türkiyənin Rusiya və İsrail ilə münasibətləri normallaşdırmağa çalışdığı zaman törədilib.
B.Yıldırım terror hücumu nəticəsində 36 nəfərin öldüyü və 147 nəfərin yaralandığı barədə məlumat verib. Həlak olanlar arasında əcnəbilər də var. Dördüncü terorçu-kamikadze qaça bilərdi mi sualına baş bazir bildirib ki, hökumətin bu cür rəyi yoxdur, lakin istənilən ssenariyə baxılır.
Baş nazirin sözlərinə görə, terrorçular hava limanına taksi ilə gəliblər, öncə atəş açıblar, sonra isə özlərini partladıblar.
Bundan başqa, CNN telekanalı Amerika məmurlarına istinadən məlumat verib ki, aeroporta hücumda İŞİD-in fərqləndirici xüsusiyyətləri var.
Öncə “Rossiyskaya qazeta” öz mənbələrinə istinadən yazıb ki, İstanbul hava limanında teror aktı nəticəsində yaralılar arasında Rusiya vətəndaşları da ola bilər.
Çərşənbə axşamı İstanbulda Atatürk hava limanında iki güclü partlatyış barədə məlumat verilib. Partlayışlar həm beynəlxalq, həm də daxili reyslər zonasında törədilib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət