2015-ci ildə Moskvadakı “Qalereya Aktyor” ofis-ticarət mərkəzinin icarəyə verilməsindən Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 349 mln. 659,436 min rubl təşkil edib. Bu barədə fondun 2015-ci il üzrə maliyyə hesabatında deyilir.
Xəbər verildiyi kimi, 2014-cü ildə fond “Qalereya Aktyor” mərkəzinin icarəyə verilməsindən 319 mln. 690 min rubl gəlir əldə edib. Beləliklə, 2015-ci ildə mərkəzin icarəyə verilməsindın fondun gəlirləri 9,4% artıb.
«Ötən il “Qalereya Aktyor” binasının ticarət mərkəzi hissəsinin yenidən qurulması istiqamətində işlər davam edib», - deyə sənəddə qeyd olunur.
ARDNF-in məlumatına görə, 2015-ci ildə fond dünyanın məşhur şirkətlərindən biri ilə “Qalereya Aktyor” binasının ticarət mərkəzi hissəsinin istifadəsi üzrə uzunmüddətli icarə müqaviləsi bağlayıb. «Şirkət binanın ticarət mərkəzi hissəsini yenidənqurma işləri tamamlandıqdan sonra, 2017-ci ilin mart ayından başlayaraq istifadə edəcək», - deyə məlumatda vurğulanır.
Hesabata əsasən, 2015-ci ilin sonuna “Qalereya Aktyor” mərkəzi 5,4 mlrd. rubl dəyərində qiymətləndirilir (2014-cü ilin sonuna 5,687 mlrd. rubl).
Xəbər verildiyi kimi, 2012-ci ildə fond Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri $133 mln. olan “Qalereya Aktyor” ofis-ticarət mərkəzini satın alıb. Binanın ümumi sahəsi 18 075 kv. metr təşkil edir və Moskvanın tarixi mərkəzində yerləşir. Əmlak müxtəlif maliyyə, sığorta və konsaltinq xidməti göstərən, eləcə də müxtəlif lüks və orta səviyyəli ticarət şirkətlərinə icarəyə verilib.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət